Показаны сообщения с ярлыком biohumus. Показать все сообщения
Показаны сообщения с ярлыком biohumus. Показать все сообщения
Soxulcan Gübrəsi Istehsalı
Soxulcan gübrəsinin dəyərini digər məhsullardan üstün tutan xüsuslara diqqətinizi çəkmək istərdik:
Təbii balın saxta ballardan üstünlüyü, kənd yumurtasının broyler yumurtasından üstünlüyü, kənd inəyinin əti və südünün ləzzətinin fermada yetişdirilən inəklərdən üstünlüyü tamamilə yediyi qidalarla əlaqədar olduğu kimi, Soxulcan gübrəsinin də digər biohumuslardan üstünlüyü soxulcanların yediyi qidalardadır.
Biogumus
Vermikompost (biogumus, koprolit, soxulcan peyini) soxulcanın kənd təsərrüfatı orqanik tullantılarından emal etdiyi məhsuludur. Bu üsulla bitki becərtməyin pioneri Tomas Barret olub. O, keçən əsrin 40-cı illərində öz fermasında yetişdirdiyi tərəvəz nümunələrinin həcm və məhsuldarlığının artımına Eisenia andrei soxulcanının ifraz etdiyi biogumusun müsbət təsir etdiyini sübut edib. Hal hazırda ərəb ölkələrinin əkinçilik üçün yararsız sayılan qumsal sahələrini məhz vermikompost ilə mədəniləşdirirlər. Vermikompostun müsbət cəhətləri:
- Soxulcanın orqanizmindən keçdikdə, alaq toxumları cücərmə qabiliyyətini itirirlər,
- Heyvan peyini ilə müqayisədə, vermikompostda bağırsaq çöpünün sayı az olur,
- Ağır metallar bitkilərin qavraya bilmədiyi kimyəvi birləşmələrə çevirildikdən, vermikomposta əkilən bitkinin tərkibindəki toksiklik azalır,
- Torpağın strukturunu daha yüngül və havalı edir, kasıb torpaqları zənginləşdirir.
- Azot, fosfor və kaliumun tez həll olunan formaları, mikroelementlər və soxulcanın ixrac etdiyi fitohormonlar bitkinin artımını sürətləndirir.
Bir çox hallarda, xüsusiləşdirilmiş dükanlarda vermikompost əvəzinə torf və qum qarışığını parnik torpağı ilə qarışdırıb, satırlar deyə, bəzi məqamlara toxunmaq gərəkdir.
- Biohumusu ağ vərəq üstünə səpin. Görünüşü azca nəm olan qranulalı quru çaya oxşamalıdır. Saxtalar sırf qranulalı olmur və sobada qurudulduğundan, daha quru strukturlu olur. Tərkibində budaq tikələri, qum, torpaq tozu da olur. Sobada qurudulduqda, təbii ki, içindəki bütün faydalı bakteriyalar məhv olur, kimyəvi birləşmələr strukturlarını dəyişirlər.
- əlinizlə onu sıxıb, ovuc içində küftə edin. Həmin küftəni azca sıxdıqda, dağılmalıdır. Saxtalar küftə halına düşmür.
- Qaynadılmış suyu stəkana töküb, içinə 1 çay qaşığı biohumus tökün. Suyu rəngləmədən, tam olaraq, stəkanın dibinə getməlidir. Qarışdırdıqda təkrarən çökməli, suyun rəngini narıncıya əyişməlidir. Saxtalarda stəkanı qarışdırdıqda su bulanır, bəzi hissəciklər suyun üzündə qalır.
- Təqribən, 1 sm ölçüdə küftə edib, kağızın üstündə sıxaraq, yayın. Kağızda yağlı xətt əmələ gəlməlidir. Saxtanı küftə etmək olmur. Alınsa belə, vərəqə yaymaq alınmayacaq.
![]() |
| Soxulcan Gübrəsi Istehsal Prosesi |
Ярлыки:
biogumus,
biohumus,
bioqumus,
soxulcan gübrəsi çayı,
vermikompost
Soxulcan Peyini
![]() |
| Soxulcan Gübrəsi |
Ярлыки:
bio,
biohumus,
kaliforniya sortu,
soxulcan peyini,
vermikompost
Ekoloji Təmiz Gübrə
Kaliforniya soxulcanı üzvi tullantılarla - heyvan peyini ilə qidalanır. Adi peyin soxulcanın bağırsağından keçdikdən və ifraz olunduqdan sonra onun üzvi gübrə kimi keyfiyyəti 15 dəfə artır.
Ekoloji təmiz və bol məhsul yetişdirilməsinə imkan yaratdığı üçün inkişaf etmiş ölkələrdə biohumusdan geniş istifadə olunur. Biohumus dünya bazarında ən keyfiyyətli ekoloji təmiz gübrə növüdür. Onun tərkibində çoxlu miqdarda faydalı mikroflora, müxtəlif fermentlər, torpaq antibiotikləri, vitaminlər və boy hormonları vardır.
Biohumus torpağı qida maddələri ilə zənginləşdirir, bitkilərdə məhsuldarlığı 30-45 faiz artırır, məhsulun yetişmə müddətini 10-15 gün tezləşdirir, ekoloji təmiz məhsulun yetişdirilməsinə imkan verir. Biohumus, həmçinin bitkilərin qida maddələrinə olan tələbatını maksimum təmin edir, onların xəstəlik və ziyanvericilərə qarşı davamlılığını artırır.
Orqanik Gübrə
![]() |
| Biohumus |
Biohumusun fəaliyyət mexanizmi bir-birini qarşılıqlı şəkildə tamamlayan iki səmərəli xüsusiyyətə əsaslanır:
- Biohumus makro və mikro elementlərin tarazlaşdırılmış nisbətini təmin edir ki, bu da bitkilərin ilk inkişaf fazasında kök sisteminin sürətlə inkişafına təkan verir.
- Biohumusda olan mikroflora üzvi maddələri parçalayaraq bilavasitə kök sisteminin sorulma zonasında qidanı asanlıqla sorulan maddələr yaradır və bütün veqatasiya boyu gübrənin səmərəli təsirini uzadır.
Biohumusun əsas üstünlüyü ondan ibarətdir ki, onun tərkibində olan humusun miqdarı peyinə və digər kompostdan 10-15 dəfə çoxdur. Biohumus nəinki peyini tam əvəz edir, o həm də peyinlə müqaqyisədə daha çox rütubət toplama, hidrofillik, mexaniki davamlılıq, dənəvərlik kimi əlavə qiymətli xassələrə malikdir. Ekoloji təmiz və bol məhsulun yetişdirilməsinə imkan yaratdığı üçün inkişaf etmiş ölkələrdə bioqumusdan geniş istifadə olunur. Onun tərkibində çoxlu miqdarda faydalı mikroflora, müxtəlif fermentlər, torpaq antibiotikləri, vitaminlər və boy hormunları var. Biohumus nəinki bitkiçilikdə, həm də balıqçılıq və toyuqçuluq təsərrüfatlarında yemə qatılaraq istifadə edilir. Hazırda bu üsuldan Amerika və Avropa ölkələrində geniş istifadə edilir.
Məhsuldarlığın Artımı
MƏHSULDARLIĞIN ARTIMI
Biohumus
ADI
|
ARTIM (%)
|
Pomidor
|
30-70
|
Xiyar
|
30-50
|
Bibər
|
80-120
|
Buğda
|
25-50
|
Şəkər çuxunduru
|
30-40
|
Kartof
|
40-70
|
Alma, armud, üzüm
|
50-90
|
Göyərti
|
300-400
|
Çiyələk
|
50-70
|
Ярлыки:
biohumus,
orqanik gübrə,
peyin,
soxulcan gübrəsi,
təbii gübrə,
vermikompost
Biohumusdan Istifadə
Biohumusdan Istifadə Dozası
Şitillərin yetişdirilməsi üçün torpaq qarışığının hazırlanmasında:- tərəvəz və güllər üçün - biohumusun bir hissəsi torpağın 4 hissəsi ilə qarışdırılır (misal üçün 4 kq torpağa 1 kq biohumus qarışdırılır);
- gül dibçəkləri üçün - biohumusun bir hissəsi torpağın 3-5 hissəsi ilə qarışdırılır.
Göyərtilərin ləklərə əkilməsində:
- hər 1m2 sahəyə 1,5-2 kq biohumus səpilir, torpaqla qarışdırılır, toxum səpilir, malalanır və sulanır.
Pomidor, xiyar, bibər, kələm şitillərinin və kartofun əkilməsində:
- Şitillərin yuvaya əkilməsindən əvvəl hər yuvaya 150-200 qr biohumus tökülüb torpaqla qarışdırılır, sulanır və əkilir.
Meyvə ağaclarının, kolların və üzüm tinklərinin əkilməsində:
- Hər əkin çalasına 2-3 kq biohumus tökülür və torpaqla qarışdırılır. Çox illik meyvə ağaclarının qidalandırılması üçün gövdə ətrafına 3-4 kq biohumus səpilir, bellənilir və sulanır.
Dənli bitkilərin (buğda, arpa və s.) əkilməsində:
- 1 hektar sahəyə 3-4 ton biohumus səpilir və şumlanılır (şumlanmadan sonra toxumu biohumusla qarışdırıb toxum səpən oqriqatla əkilməsi – 1 hektara 300 kq - daha effektiv nəticə verir). Məhsuldarlıq 40-70% artır, effektivlik isə 4-7 il müddətində saxlanılır.
Vegetasiya dövründə bitkilərin yemləndirilməsi:
Biohumusdan bütün vegetasiya müddətində kökdən və yarpaqdan yemləmədə istifadə etmək olar. Veqetasiya dövründə bitkilərin yemlənməsi üçün bitki ətrafına və ya cərgələr arasına hər 1 kv. m. sahəyə 1 litr biohumus səpilir, torpaqla qarışdırılır və sulanır. Güll və dekorativ bitkilər üçün hər ay bitkinin dibinə 300 ml və ya hər kv.m. 1 litr biohumus tökülür. Otaq güllərinin dibinə hər ay 1-2 xorək qaşığı biohumus verilir.
Biohumusun sulu məhlulu (Biohumus çayı):
10 litr otaq temperatorlu suya 250 qr (1 vedrə suya 1 stəkan) biohumus qarışdırılır, bir sutka otaq temperaturunda saxlanılır və yaxşıca qarışdırılır. Vitaminlərlə zəngin olan “çay” bitkilərin kökdən və yarpaqlarına çilənilməsi ilə qidalanmasında istifadə olunur. Meyvə ağaclarının çiçəklənmə dövründən sonra “çayla” çilənməsi məhsuldarlığı və meyvələrin dadını artırır. Yarpaqların “çayla” çilənməsi bir çox xəstəliklərin qarşısını alır və həşəratları qovur. Tumurcuqların özül qoyma fazasında “çayla” çilənməsi növbəti məhsul ilində məhsuldarlığın yüksək olmasını təmin edir. Meyvə ağaclarının həm kökdən biohumusla, həm də yarpaqlardan “çayla” qidalanması hər il yüksək stabil məhsul almağa imkan verir.
Güllərin 7-8 günlük intervalla üç dəfə bio-çayla çilənməsi inkişafı sürətləndirir və yarpaqların rəngini intensivləşdirir.
Biohumus insan, heyvan və arılar üçün təhlükəsizdir.
Peyin və Biohumus Müqayisə
MÜQAYISƏ
Biohumus
|
Peyin
|
Məhsuldarlığı xeyli artırır.
|
Nisbətən az artırır.
|
Bitkilər ekoloji təmiz məhsul verir.
|
Məhsulda nitratın miqdarı 10-55 dəfə
çox olur.
|
Ətraf ərazini çirkləndirmir
|
Torpağı, suyu və havanı çirkləndirir.
|
Torpağı bərpa edir
|
Torpağı bərpa etmir, əksinə dağıdır.
|
Hər bir miqdarda təhlükəsizdir.
|
Bitkini yandıra bilər.
|
Yüksək həlledici, makro və mikro
elementləri bitki asan qəbul edir.
|
Tam həll olunmamış elementləri
bitkilər qəbul edə bilmir.
|
Uzun müddətli effektə malikdir,
bitkilər ondan istənulən vaxtda
istifadə edirlər.
|
Ximikatların əksəri torpaqdan tez itir
və bununla təsiri qurtarır
|
Yüksək su tutumuna malikdir.
Həddindən artıq sulamada drinaj
poluna malikdir.
|
Etmir.
|
Torpağın hazırlanmasına kömək
edir.
|
Etmir.
|
Yüksək konsentrasiyada faydalı
elementlərə malikdir.
|
Malik deyil.
|
Bitkilərin xəstəliklərə qarşı
immuntetini artırır.
|
Etmir
|
İyi yoxdur
|
Iyi var.
|
Biohumusun Kimyəvi Tərkibi
BIOHUMUSUN KIMYƏVI TƏRKIBI
No
|
Adları
|
Tərkibində miqdarı
|
1
|
Rəngi
|
Tünd qəhvəyi
|
2
|
Qoxusu
|
Yoxdur
|
3
|
Nəmlik
|
57%
|
4
|
Ümumi humus
|
16%
|
5
|
Humusa yaxın tərkibli quru üzvi maddə
|
41%
|
6
|
PH məhlulunda
|
7
|
7
|
Ümumi Azot (N)
|
3,2%
|
8
|
Ümumi fosfor (P)
|
2,6%
|
9
|
Ümumi kalium (K)
|
2%
|
10
|
Kalsium (Ca)
|
4,3%
|
11
|
Maqnizium (Mg)
|
0,6%
|
12
|
Ferrium (Fe)
|
0,45%
|
13
|
Mis (Cu)
|
0,5%
|
14
|
Manqan
|
60 Mq/kq
|
15
|
Sink (Zn)
|
22 Mq/kq
|
16
|
C:N
|
13
|
Təbii Gübrə
Soxulcan gübrəsi dünyada bitkilər üçün ən güclü və faydalı təbii gübrə hesab edilir. Hər növ tarla, parnik və dekorativ bitkilərin məhsuldarlığını artırmaq üçün istifadə olunur. Bu gübrə soxulcanların orqanik (üzvi) qidaları yedikdən sonra ifraz etdikləri nəcisdir. Soxulcan gübrəsinin digər gübrələrdən üstünlüyü ondadır ki, bitki üçün lazım olan bütün maddələrə sahib olmasıyla bərabər, bu maddələrin bitkilər tərəfindən dərhal yararlanıla biləcək formada olmasidir. Görünüş olaraq qara torpağa bənzəyir. Soxulcan gübrəsinin tərkibində bitkinin inkişafı üçün lazım olan bütün enzimlər (fermentlər), mikro və makro elementlər, torpaq antibiotikləri, vitaminlər, böyümə hormonları, üzvi maddələr və çürüntülər mövcuddur. Soxulcanlar həzm sistemlərindəki xüsusi qoruyucu mayeni proses zamanı gübrəyə buraxırlar. Bu maye bir çox bitki xəstəliyinə qarşı effektli mübarizə aparır. Buna görə də soxulcan gübrəsiylə qidalanan bitkilər xəstəliklərə qarşı daha dözümlü olurlar. Soxulcan gübrəsinin tərkibində bol miqdarda humus mövcutdur. Unutmayinki humus torpagdaki qidalari bitkiler tərəfindən daha hasand alinmasini saglayir.
İnsan sağlamlığına ən faydali, 100 % təbii və orqanik məhsul əldə etmək üçün ən etibarlı gübrə soxulcan gübrəsidir.
TƏRKİBİ: Organik maddələr, Humik maddə, Fulvik turşusu, Enzimlər, Vitaminlər, Amin turşusu, Faydalı mikroorganizmlər, Torpaq antibiotikləri, Böyümə hormonu Azot (N), Fosfor( P) ve Kalium ( K).
MİKRO ELEMENTLƏR: Kadmium (Cd), Mis (Cu), Nikel (Ni), Qurğuşun (Pb), Zink (Zn), Xrom (Cr), kalsium(Ca), maqnezium (Mg), Bor (B), Manqan (Mn), Dəmir (Fe), Kükürd (S) Molibden (Mo)
Qırmızı Kaliforniya Soxulcanları
Biohumus orqanik gübrədir.
Bio vermikompost - 100% qırmızı kaliforniya soxulcanlarının həyat fəaliyyətlərinin məhsuludur. Biohumus tam hazır orqanik gübrə olub kənd təsərrüfatı məhsullarının istehsalında, bağçılıqda, gülçülükdə, meşə təsərrüfatında, çəmənliklərin, qazon örtüyünün salınmasında, dekorativ bitkilərin, meyvə-meyvə tərəvəz əkinlərinin becərilməsində, bağ sahələrində torpağın orqanik vasitələrlə gücləndirilməsində, əsas komponenti kimi torpaq qarışığın hazırlanmasında, həmçinin yararsız torpaqların bərpasında istifadə olunur.
- Bitkilərin qida maddələrinə olan təlabatını maksimum təmin edir.
- Bitkilərdə xəstəlik və ziyanvericilərə qarşı davamlılığı artırır.
- Ətraf ərazini çirkləndirmir.
- İyi yoxdur.
- Torpağa verilən biohumusun effektivliyi 4-7 il ərzində saxlanılır.
Soxulcan Gübrəsi
DÜNYADA ƏN KEYFİYYƏTLİ EKOLOJİ TƏMİZ TƏBİİ GÜBRƏ
• Torpağı qida maddələri ilə zənginləşdirir.
• Bitgilərdə məhsuldarlığı 50%-80% artırır.
• Məhsulun yetişmə müddətini 10-15 gün tezləşdirir.
• Ekoloji təmiz məhsulun yetişdirilməsinə imkan verir.
• Torpağa verilən biohumusun effektivliyi 4-7 il ərzində saxlanılır.
• Torpağın tərkibində çətin həll olan qida maddələrini asan həll olan formaya çevirir.
• Bitkilərin qida maddələrinə olan təlabatını maksimum təmin edir.
• Bitkilərdə xəstəlik və ziyanvericilərə qarşı davamlılığı artırır.
• Torpağa daxil olan biohumus ona daha dənəvər quruluş verir.
• Məhsulda nitratın, ağır metalların və radiaktiv maddələrin miqdarını azaldır.
Soxulcanlar
Əlverişli şəraitdə yarım hektar torpaq ərazisində milyondan çox soxulcan yaşaya bilir. Torpağın məhsuldar olmasında soxulcanların önəmli rolu vardır. Adətən onların uzunluğu 5―31 sm olur. Yer soxulcanları 70―82% zülaldan ibarətdi.
Kaliforniya Soxulcanı
Onların yemlənməsi də maraqlıdır. Belə ki, soxulcanların qidalanması üçün heyvan peyinindən, tərəvəz qalıqlarından və çürümüş alaq otlarından istifadə olunur. İsladılmış peyin özü özülüyündən istilik yaradır ki, bu da istiliyin dərəcəsinin artması ilə xəstəlikləri və mikrobları öldürür. Daha sonra isə, yanmış peyin ələnib təmizləndikdən sonra soxulcanlara verilir. Yağış soxulcanları ekolji təmiz qida məhsullarının istehsalı üçün əvəzolunmaz üzvi gübrə sayılan biohumus istehsal edir. Biohumusun tərkibində çoxlu miqdarda faydalı mikroblara, müxtəlif fermentlər, torpaq antibiotikləri, vitaminlər və boy hormonları var. Əsasən kənd təsərrüfatı bitkilərinin becərilməsində istifadə olunur ki, bu da məhsuldarlığın artmasında 50-80 faiz yaxın fərq edir. Məhsulun isə vaxtından 10-15 gün tez yetişməsinə səbəb olur. Bir sözlə, biohumusdan əldə olunan məhsul daha ekoloji, təmiz hesab olunur. Bu arada soxulcanlara torpağın kotanı deyilir ki, bu da torpağın yumşaldılmasında, münbitləşməsində də rol oynaması ilə bağlıdır.
Подписаться на:
Сообщения (Atom)












