Показаны сообщения с ярлыком gübrə. Показать все сообщения
Показаны сообщения с ярлыком gübrə. Показать все сообщения

Bitkidə Qida Çatışmazlığı və əlamətləri

 Bitkinin ideal inkişafı istilik, nəm, günəş işığı, torpağın fiziki, bioloji və kimyəvi xüsusiyyətləri ilə bağlıdır. Hava və iqlim kimi ekoloji faktorlarla yanaşı torpak pH-ı, havalanma xüsusiyyətləri, maddələr nisbəti, torpağın bioloji quruluşu, qida elemetlərinin tarazlığı bitkinin torpaqdakı qida elementlərindən faydalanma vəziyyətini təyin edən faktorlardır. Bu faktorlar bitkinin inkişafı baxımından gübrələmə qədər dəyərlidir və öncədən nəzərə alınmaları vacibdir. 

 Bitkilər karbon, hidrogen və oksigeni hava və sudan, digər bütün qida elementlərini isə torpaqdan təmin edir. Bitkinin ən çox ehtiyacı olan qida maddələri kalsiyum, azot, fosfor, maqneziyum, kalium və kükürtdür. Bu elemetlər hər hektara 11,2 kq-dan 440 kq-dək verilməlidir. Bitkinin ən az ehtiyac duyduğu elemetlər isə bor, xlorid, mis, dəmir, manqan, molibden və sinkdir. Bunlardan molibden hər hektara 15 qr, dəmir və manqan isə 700 qr verilməlidir. 

 Bitkidə qida çatışmazlığı və əlamətləri

 Bitkilər lazımi qidaları kifayət qədər ala bilmədikləri zaman, gözlə görünən çatışmazlıq əlamətləri göstərirlər. Əsas çatışmazlıq əlamətləri bunlardır: 

Azot çatışmazlığı: Bitkinin inkişafına mane olur, rəngi saralır. Yarpağ ucları bitkinin altındakı yarpaqlardan başlayaraq qırmızımtıl qəhyəyi rəngdə olur. 

Fosfor çatışmazlığı: Kökün inkişafına mane olur, saplar uzanır, bitkinin yetkinləşməsi gecikir. Bitkinin rəngi göyərir. 

Soxulcan Gubresi Haqqında

Soxulcan gubresi haqqında maraqlı məlumatlar

  1. Soxulcan gubresi deyerken esla ve esla soxulcanin ozunden istifadeden sohbet getmir soxulcanin peyininden sohbet gedir.
  2. Soxulcan gubresi soxulcanlara yedirdilen xususui qidalarla soxulcanin verdiyi peyindir.
  3. Soxulcan gubresi deyilen mehsul ruscada Биогумус Ingiliscede Vermicompost Azerbaycanda ise Soxulcan Gubresi olaraq gedir.
  4. Soxulcan gubresi tebii heserat qovucudur.

Soxulcan Gübrəsi Istehsalı


Soxulcan gübrəsinin dəyərini digər məhsullardan üstün tutan xüsuslara diqqətinizi çəkmək istərdik:

Təbii balın saxta ballardan üstünlüyü, kənd yumurtasının broyler yumurtasından üstünlüyü, kənd inəyinin əti və südünün ləzzətinin fermada yetişdirilən inəklərdən üstünlüyü tamamilə yediyi qidalarla əlaqədar olduğu kimi, Soxulcan gübrəsinin də digər biohumuslardan üstünlüyü  soxulcanların yediyi qidalardadır.