Ekoloji Təmiz Gübrə



Kaliforniya soxulcanı üzvi tullantılarla - heyvan peyini ilə qidalanır. Adi peyin soxulcanın bağırsağından keçdikdən və ifraz olunduqdan sonra onun üzvi gübrə kimi keyfiyyəti 15 dəfə artır. 

Ekoloji təmiz və bol məhsul yetişdirilməsinə imkan yaratdığı üçün inkişaf etmiş ölkələrdə biohumusdan geniş istifadə olunur. Biohumus dünya bazarında ən keyfiyyətli ekoloji təmiz gübrə növüdür. Onun tərkibində çoxlu miqdarda faydalı mikroflora, müxtəlif fermentlər, torpaq antibiotikləri, vitaminlər və boy hormonları vardır.
Biohumus torpağı qida maddələri ilə zənginləşdirir, bitkilərdə məhsuldarlığı 30-45 faiz artırır, məhsulun yetişmə müddətini 10-15 gün tezləşdirir, ekoloji təmiz məhsulun yetişdirilməsinə imkan verir. Biohumus, həmçinin bitkilərin qida maddələrinə olan tələbatını maksimum təmin edir, onların xəstəlik və ziyanvericilərə qarşı davamlılığını artırır.

1 комментарий:

  1. The wire casino | Jackson's Casino - The Loop
    Book your tickets at The Wire Hotel, where hotel 김포 출장안마 guests can also make and book their tickets online. 서울특별 출장마사지 Find the 밀양 출장샵 best 남원 출장마사지 hotel 강원도 출장안마 rates in Jackson's Casino.

    ОтветитьУдалить