Показаны сообщения с ярлыком orqanik məhsullar. Показать все сообщения
Показаны сообщения с ярлыком orqanik məhsullar. Показать все сообщения

Orqanik Kənd Təsərrüfatı

Orqanik məhsullara ehtiyac artır

Dünyada orqanik qida və içkilərin pərakəndə bazar payı 81,6 milyard dollardır. Bu gün dünyada orqanik məhsullar ən məşhur dövrünü yaşayır. Sağlam, etibarlı qida ilə bağlı seçim edərkən istehlakçılar bir çox məhsulda orqanikliyə üstünlük verirlər. İstehsalçı və istehlakçı tələblərinə bağlı olaraq orqanik qida bazarı sürətli bir inkişaf yolundadır.


Dünyada orqanik kənd təsərrüfatı məhsullarının mövcud vəziyyəti haqqında son məlumatlar Beynəlxalq Orqanik Kənd Təsərrüfatı Federasiyası (IFOAM) və FIBL Araşdırma İnstitutu tərəfindən yayımlanıb. 2017-ci il fevral ayının hesabatına görə dünyada 2,4 milyon istehsalçı 51 milyon hektar sahədə orqanik məhsullar yetişdirir.


Ən çox orqanik məhsullar ərazisinə sahib ölkələrin başında 22,7 milyon hektar ilə Avstraliya gəlir. Onu 3,1 milyon hektar ilə Argentina və 2 milyon hektar ilə ABŞ izləyir. Ancaq qlobal mənada orqanik məhsul istehsalı ənənəvi kənd təsərrüfatı ilə müqayisədə 1 faizlik paya malikdir.

Bu gün Türkiyədə ümumi əkinçilik sahələri içərisində orqanik məhsul yetişdirilən sahə 1,95 faiz bir paya sahibdir. Türkiyədə orqanik məhsul bazarı 500 milyon dollar səviyyəsindədir. Orqanik qida istehsalının əhəmiyyətli bir qismi ixrac edilir.

Geni dəyişdirilmiş məhsullara hər gün mənfi reaksiyanın artdığı bir mühitdə orqanik məhsul yetişdirilməsində sürətli inkişafa əhəmiyyət verilir.

Orqanik Kənd Təsərrüfatı

Orqanik kənd təsərrüfatı məhsulları nədir? 

Orqanik məhsullar-insan sağlamlığına və ətraf mühitə zərər verməyən və istehsalda heç bir kimyəvi maddə istifadə edilməyən, istehsaldan istehlaka qədər hər mərhələsinə nəzarət və sertifikatlı əkinçilik istehsal formasıdır. Orqanik ərzaq isə geni dəyişdirilməmiş, hormonsuz, kənar gübrə istifadə etmədən, dərmansız və hər şeydən önəmlisi qatqı maddəsiz qida mənasını verir. Beynəlxalq sertifikatlaşdırma təşkilatları tərəfindən sertifikatlandırılan, torpağın və yemin orqanik sertifikatlı olduğu bütün istehsal prosesləri hər cür məhsulda orqanik istehsalı mümkün edir. Qida kimi əhəmiyyətli bir sahədə istehsal zamanı əhəmiyyətli olan insan sağlamlığını ön planda tutmaqdır.

Orqanik anlayışı, dünyada təbiət və heyvaların dostu olan istehsal anlayışı hər gün sürətlə yayılmaqdadır və davamlı kənd təsərrüfatı üçün böyük əhəmiyyət kəsb edir. Bu məhsullarda məcburi deyilən və hazır məhsullara qırmızı rəngi verən nitrit və ya fosfat duzları istifadə edilmir.

Orqanik qida nədir?



Orqanik qidalar - yetişdirilməsində süni gübrələrin, həşərat dərmanlarının, hormonların, antibiotiklərin, boyaların, kimyəvi maddələrin və qablaşdırma vəsaitlərinin istifadə olunmadığı məhsullardır, üzvi əkinçiliyin məhsulu olub bitki və heyvan mənşəlidir.

 Üzvi əkinçilik son zamanlar inkişaf etmiş ölkələrdə inkişaf etdirilir, ekoloji təmiz məhsullara tələbat getdikcə artır, belə məhsullar yüksək qiymətləndirilir və baha satılır. Avropa İttifaqı ölkələrində əkinçiliyin 10 faizi ekoloji əkinçiliklə əvəz edilib.

 Orqanik qidanın ən əsas üstünlüklərindən biri dərmansız olmasıdır. Orqanik qidaların faydaları Xərçəngə qarşı bədənin müqavimətini artırır, ürəyin sağlamlığını qoruyur, bəzi infeksiyaların meydana gəlməsinin, damar tutulmalarının, yaşlanmanın qarşısını alır, toksinlərin xaric olmasını təmin edir, hüceyrələrin və toxumaların quruluşunu qoruyur.

Sağlamlığa Ziyan Vuran Meyvələr!

Belə məhsulları alarkən diqqətli olun. Aldığınız meyvə- tərəvəz geni dəyişdirilmiş də ola bilər. Xaricdən gətirilmiş meyvələrin üzərində etiketlərə rast gəlmək mümkündür. Təbii ki, bir çoxlarımız buna diqqət yetirmirik. Maraqlısı burasındadır ki, bazarda nəinki alıcılar, heç satıcılar da bu kodların mənasını bilmir.

Əgər etiket üzərində 4 şifr yer alırsa, demək meyvəni maksimum aqrotexnologiyalardan istifadə ilə yetişdiriblər. Yəni tez yetişməsi üçün normadan artıq gübrə verilib.


Bu kodlar istehsalçılar tərəfindən vurulur. Qablaşdırılan məhsullardan fərqli olaraq açıq məhsullarda bu kodlar alıcını məlumatlandırmaq məqsədi daşıyır.
Aldığınız meyvənin üzərindəki kod 5 rəqəmlidirsə və 8-lə başlayırsa çalışın belə məhsullardan uzaq olun. Çünki bu meyvələr geni dəyişdirilərək yetişdirilib və tərkibində zərərli gübrələr çoxdur. 
Bir çox ölkələrdə bu cür məhsulların satışı qadağandır. Xaricdən idxal olunan meyvə və tərəvəzlərin üzərində etiket yer almalıdır. Əgər yoxdursa, çox güman ki, onları çıxarıblar, ya da daha aşağı keyfiyyətli üsullarla yetişdirilib. Məhsulun sizə faydalı olmasını istəyirsinizsə, yerli meyvələrə üstünlük verin və unutmayın ki, bütün meyvələr mövsümündə yeyilsə yaxşıdır.

Orqanik Məhsullar və Sağlam Həyat

Dadlı-tamlı ərzaq bolluğu ilə yaşayışımız daha da yaxşılaşar. 

"Orqanik" termini ümumi mənada işlədilən bir termindir. Avropa ölkələrində bu termin müxtəlif sözlərlə ifadə oluna bilər. Misal üçün: İngiltərədə bu "Organic", Almaniyada - "Eco", Fransada - "Bio" adlanır. Lakin məhsulun necə adlandırılması əsas şərt deyil, əsas şərt onun orqanik məhsullara şamil olunan müvafiq standartlara cavab verməsidir.

Son zamanlar bir sıra qida məhsullarının keyfiyyətinin pisləşməsi, dadının-tamının itməsi, hətta bəzən zəhərlənmə hallarına səbəb olması hamını narahat edir. Ümumiyyətlə, qida məhsullarının ətri, dadı-tamı keçmişdəki kimi deyil. Məqsəd torpaqlarımızı zəngin strukturlu torpaq şəklinə salmaq, orada əkdiyimiz bostan, kartof, tərəvəz və meyvə məhsullarını tamlı etməkdir. Yaxşı olardı ki, fermerlər, eləcə də fərdi təsərrüfat sahibləri biohumus (soxulcan peyiniistifadə etsinlər.

Ötən yüz ildə, o cümlədən keçən əsrin 60-cı illərində kənd təsərrüfatının intensiv kimyalaşdırılmasından sonra məhsuldarlıq artsa da, məhsulların keyfiyyəti demək olar ki, xeyli azalmışdır. 

Mineral gübrələrin hesabına alınan məhsullar heç vaxt təbii yaranan məhsulların keyfiyyətini əvəz edə bilməz. Azərbaycan dünyanın 11 iqlimindən 9-na, ona uyğun da torpaq şəraitinə malikdir. Odur ki, bundan səmərəli istifadə etməli, torpağı əkinəyararlı vəziyyətdə saxlamalıyıq. Torpaqlarımızı üzvi maddələrlə zənginləşdirməklə, növbəli əkinə, həm də paxlalı bitkilərin əkininə də yer verməliyik. Heç olmasa "torpaqdan yaranan torpağa qaytarılmalıdır" kəlamına riayət olunmalıdır.

Torpaqlarımızın münbitliyini artırmaq üçün məişət, kommunal və kənd təsərrüfatında soxulcan gübrəsi istifadəsine başlamaq lazımdır.