Показаны сообщения с ярлыком soxulcan gubresi. Показать все сообщения
Показаны сообщения с ярлыком soxulcan gubresi. Показать все сообщения

Tərəvəz Məhsuldarlığı

Babasının tərəvəz məhsuldarlığını daha çox artırmaq üçün 

Internetdə axtarış edən zaman soxulcan gübrəsi ilə tanış oldu. Sonra sırf öz təsərrüfatları üçün istehsal etməyi nəzərdə tutsa da işlərin yaxşı getməyi gənc işsiz adamın gübrə istehsalını artırmaq qərarı verməsinə səbəb oldu. Gübrə istehsalını da artıqmaq üçün internetdə yeni yollar axtaran Özkan ətrafımda tərəvəz təsərüfatı ilə məşğul olan hər kəs soxulcan gübrəsi istəməyə başladı deyir.


Tərəvəz Məhsuldarlığı

İnsanlar aldıqdan sonra da müsbət rəylərini almağa başladıq. Daha sonra insanların kimyəvi gübrə yerinə heyvan tərkibli gübrə seçməklərini və daha sağlam məhsul yetişdirməyi məsləhət görür. Fikrimizcə, ölkəmizdə də yeni iş qurmaq istəyənlər çay evi, kafe tipli sahələr əvəzinə bizdə olmayan ya da daha geniş yayılmış, lakin xarici ölkələrin təcrübəsində özünü doğrultmuş yeni sahələrə uz tutsalar daha faydalı olarlar.

Orqanik Məhsullar və Sağlam Həyat

Dadlı-tamlı ərzaq bolluğu ilə yaşayışımız daha da yaxşılaşar. 

"Orqanik" termini ümumi mənada işlədilən bir termindir. Avropa ölkələrində bu termin müxtəlif sözlərlə ifadə oluna bilər. Misal üçün: İngiltərədə bu "Organic", Almaniyada - "Eco", Fransada - "Bio" adlanır. Lakin məhsulun necə adlandırılması əsas şərt deyil, əsas şərt onun orqanik məhsullara şamil olunan müvafiq standartlara cavab verməsidir.

Son zamanlar bir sıra qida məhsullarının keyfiyyətinin pisləşməsi, dadının-tamının itməsi, hətta bəzən zəhərlənmə hallarına səbəb olması hamını narahat edir. Ümumiyyətlə, qida məhsullarının ətri, dadı-tamı keçmişdəki kimi deyil. Məqsəd torpaqlarımızı zəngin strukturlu torpaq şəklinə salmaq, orada əkdiyimiz bostan, kartof, tərəvəz və meyvə məhsullarını tamlı etməkdir. Yaxşı olardı ki, fermerlər, eləcə də fərdi təsərrüfat sahibləri biohumus (soxulcan peyiniistifadə etsinlər.

Ötən yüz ildə, o cümlədən keçən əsrin 60-cı illərində kənd təsərrüfatının intensiv kimyalaşdırılmasından sonra məhsuldarlıq artsa da, məhsulların keyfiyyəti demək olar ki, xeyli azalmışdır. 

Mineral gübrələrin hesabına alınan məhsullar heç vaxt təbii yaranan məhsulların keyfiyyətini əvəz edə bilməz. Azərbaycan dünyanın 11 iqlimindən 9-na, ona uyğun da torpaq şəraitinə malikdir. Odur ki, bundan səmərəli istifadə etməli, torpağı əkinəyararlı vəziyyətdə saxlamalıyıq. Torpaqlarımızı üzvi maddələrlə zənginləşdirməklə, növbəli əkinə, həm də paxlalı bitkilərin əkininə də yer verməliyik. Heç olmasa "torpaqdan yaranan torpağa qaytarılmalıdır" kəlamına riayət olunmalıdır.

Torpaqlarımızın münbitliyini artırmaq üçün məişət, kommunal və kənd təsərrüfatında soxulcan gübrəsi istifadəsine başlamaq lazımdır.



Orqanik Gübrə

Biohumus

Biohumusun fəaliyyət mexanizmi bir-birini qarşılıqlı şəkildə tamamlayan iki səmərəli xüsusiyyətə əsaslanır:

  1.  Biohumus makro və mikro elementlərin tarazlaşdırılmış nisbətini təmin edir ki, bu da bitkilərin ilk inkişaf fazasında kök sisteminin sürətlə inkişafına təkan verir. 
  2.  Biohumusda olan mikroflora üzvi maddələri parçalayaraq bilavasitə kök sisteminin sorulma zonasında qidanı asanlıqla sorulan maddələr yaradır və bütün veqatasiya boyu gübrənin səmərəli təsirini uzadır. 


Biohumusun əsas üstünlüyü ondan ibarətdir ki, onun tərkibində olan humusun miqdarı peyinə və digər kompostdan 10-15 dəfə çoxdur. Biohumus nəinki peyini tam əvəz edir, o həm də peyinlə müqaqyisədə daha çox rütubət toplama, hidrofillik, mexaniki davamlılıq, dənəvərlik kimi əlavə qiymətli xassələrə malikdir. Ekoloji təmiz və bol məhsulun yetişdirilməsinə imkan yaratdığı üçün inkişaf etmiş ölkələrdə bioqumusdan geniş istifadə olunur. Onun tərkibində çoxlu miqdarda faydalı mikroflora, müxtəlif fermentlər, torpaq antibiotikləri, vitaminlər və boy hormunları var. Biohumus nəinki bitkiçilikdə, həm də balıqçılıq və toyuqçuluq təsərrüfatlarında yemə qatılaraq istifadə edilir. Hazırda bu üsuldan Amerika və Avropa ölkələrində geniş istifadə edilir.

Biohumusdan Istifadə


Biohumusdan Istifadə Dozası

Şitillərin yetişdirilməsi üçün torpaq qarışığının hazırlanmasında:
  • tərəvəz və güllər üçün - biohumusun bir hissəsi torpağın 4 hissəsi ilə qarışdırılır (misal üçün 4 kq torpağa 1 kq biohumus qarışdırılır);
  • gül dibçəkləri üçün - biohumusun bir hissəsi torpağın 3-5 hissəsi ilə qarışdırılır. 
Göyərtilərin ləklərə əkilməsində:  
  • hər 1m2 sahəyə 1,5-2 kq biohumus səpilir, torpaqla qarışdırılır, toxum səpilir, malalanır və sulanır.
Pomidor, xiyar, bibər, kələm şitillərinin və kartofun əkilməsində:
  • Şitillərin yuvaya əkilməsindən əvvəl hər yuvaya 150-200 qr biohumus tökülüb torpaqla qarışdırılır, sulanır və əkilir. 
Meyvə ağaclarının, kolların və üzüm tinklərinin əkilməsində
  • Hər əkin çalasına 2-3 kq biohumus tökülür və torpaqla qarışdırılır. Çox illik meyvə ağaclarının qidalandırılması üçün gövdə ətrafına 3-4 kq biohumus səpilir, bellənilir və sulanır. 
Dənli bitkilərin (buğda, arpa və s.) əkilməsində
  • 1 hektar sahəyə 3-4 ton biohumus səpilir və şumlanılır (şumlanmadan sonra toxumu biohumusla qarışdırıb toxum səpən oqriqatla əkilməsi – 1 hektara 300 kq - daha effektiv nəticə verir). Məhsuldarlıq 40-70% artır, effektivlik isə 4-7 il müddətində saxlanılır. 
Vegetasiya dövründə bitkilərin yemləndirilməsi

Biohumusdan bütün vegetasiya müddətində kökdən və yarpaqdan yemləmədə istifadə etmək olar. Veqetasiya dövründə bitkilərin yemlənməsi üçün bitki ətrafına və ya cərgələr arasına hər 1 kv. m. sahəyə 1 litr biohumus səpilir, torpaqla qarışdırılır və sulanır. Güll və dekorativ bitkilər üçün hər ay bitkinin dibinə 300 ml və ya hər kv.m. 1 litr biohumus tökülür. Otaq güllərinin dibinə hər ay 1-2 xorək qaşığı biohumus verilir. 

Biohumusun sulu məhlulu (Biohumus çayı)

10 litr otaq temperatorlu suya 250 qr (1 vedrə suya 1 stəkan) biohumus qarışdırılır, bir sutka otaq temperaturunda saxlanılır və yaxşıca qarışdırılır. Vitaminlərlə zəngin olan “çay” bitkilərin kökdən və yarpaqlarına çilənilməsi ilə qidalanmasında istifadə olunur. Meyvə ağaclarının çiçəklənmə dövründən sonra “çayla” çilənməsi məhsuldarlığı və meyvələrin dadını artırır. Yarpaqların “çayla” çilənməsi bir çox xəstəliklərin qarşısını alır və həşəratları qovur. Tumurcuqların özül qoyma fazasında “çayla” çilənməsi növbəti məhsul ilində məhsuldarlığın yüksək olmasını təmin edir. Meyvə ağaclarının həm kökdən biohumusla, həm də yarpaqlardan “çayla” qidalanması hər il yüksək stabil məhsul almağa imkan verir. 
Güllərin 7-8 günlük intervalla üç dəfə bio-çayla çilənməsi inkişafı sürətləndirir və yarpaqların rəngini intensivləşdirir. 

Biohumus insan, heyvan və arılar üçün təhlükəsizdir.

Peyin və Biohumus Müqayisə


MÜQAYISƏ

Biohumus
Peyin
Məhsuldarlığı xeyli artırır.
Nisbətən az artırır.
Bitkilər ekoloji təmiz məhsul verir.
Məhsulda nitratın miqdarı 10-55 dəfə çox olur.
Ətraf ərazini çirkləndirmir
Torpağı, suyu və havanı çirkləndirir.
Torpağı bərpa edir
Torpağı bərpa etmir, əksinə dağıdır.
Hər bir miqdarda təhlükəsizdir.
Bitkini yandıra bilər.
Yüksək həlledici, makro və mikro elementləri bitki asan qəbul edir.
Tam həll olunmamış elementləri bitkilər qəbul edə bilmir.
Uzun müddətli effektə malikdir, bitkilər ondan istənulən vaxtda istifadə edirlər.
Ximikatların əksəri torpaqdan tez itir və bununla təsiri qurtarır
Yüksək su tutumuna malikdir. Həddindən artıq sulamada drinaj poluna malikdir.
Etmir.
Torpağın hazırlanmasına kömək edir.
Etmir.
Yüksək konsentrasiyada faydalı elementlərə malikdir.
Malik deyil.
Bitkilərin xəstəliklərə qarşı immuntetini artırır.
Etmir
İyi yoxdur
Iyi var.

Biohumusun Kimyəvi Tərkibi


BIOHUMUSUN KIMYƏVI TƏRKIBI

No
Adları
Tərkibində miqdarı
1
Rəngi
Tünd qəhvəyi
2
Qoxusu
Yoxdur
3
Nəmlik
57%
4
Ümumi humus
16%
5
Humusa yaxın tərkibli quru üzvi maddə
41%
6
PH məhlulunda
7
7
Ümumi Azot (N)
3,2%
8
Ümumi fosfor (P)
2,6%
9
Ümumi kalium (K)
2%
10
Kalsium (Ca)
4,3%
11
Maqnizium (Mg)
0,6%
12
Ferrium (Fe)
0,45%
13
Mis (Cu)
0,5%
14
Manqan
60 Mq/kq
15
Sink (Zn)
22 Mq/kq
16
C:N
13

Soxulcan Gübrəsi

DÜNYADA ƏN KEYFİYYƏTLİ EKOLOJİ TƏMİZ TƏBİİ GÜBRƏ


Biohumus dünya bazarında özünə ən keyfiyyətli ekoloji təmiz gübrə növü adını qazanmışdır. Keyfiyyət göstəriciləri:

• Torpağı qida maddələri ilə zənginləşdirir.
• Bitgilərdə məhsuldarlığı 50%-80% artırır.
• Məhsulun yetişmə müddətini 10-15 gün tezləşdirir.
Ekoloji təmiz məhsulun yetişdirilməsinə imkan verir.
• Torpağa verilən biohumusun effektivliyi 4-7 il ərzində saxlanılır.
• Torpağın tərkibində çətin həll olan qida maddələrini asan həll olan formaya çevirir.
• Bitkilərin qida maddələrinə olan təlabatını maksimum təmin edir.
• Bitkilərdə xəstəlik və ziyanvericilərə qarşı davamlılığı artırır.
• Torpağa daxil olan biohumus ona daha dənəvər quruluş verir.
• Məhsulda nitratın, ağır metalların və radiaktiv maddələrin miqdarını azaldır.

Soxulcanlar


Əlverişli şəraitdə yarım hektar torpaq ərazisində milyondan çox soxulcan yaşaya bilir. Torpağın məhsuldar olmasında soxulcanların önəmli rolu vardır. Adətən onların uzunluğu 5―31 sm olur. Yer soxulcanları 70―82% zülaldan ibarətdi.

Kaliforniya Soxulcanı

Onların yemlənməsi də maraqlıdır. Belə ki, soxulcanların qidalanması üçün heyvan peyinindən, tərəvəz qalıqlarından və çürümüş alaq otlarından istifadə olunur. İsladılmış peyin özü özülüyündən istilik yaradır ki, bu da istiliyin dərəcəsinin artması ilə xəstəlikləri və mikrobları öldürür. Daha sonra isə, yanmış peyin ələnib təmizləndikdən sonra soxulcanlara verilir. Yağış soxulcanları ekolji təmiz qida məhsullarının istehsalı üçün əvəzolunmaz üzvi gübrə sayılan biohumus istehsal edir. Biohumusun tərkibində çoxlu miqdarda faydalı mikroblara, müxtəlif fermentlər, torpaq antibiotikləri, vitaminlər və boy hormonları var. Əsasən kənd təsərrüfatı bitkilərinin becərilməsində istifadə olunur ki, bu da məhsuldarlığın artmasında 50-80 faiz yaxın fərq edir. Məhsulun isə vaxtından 10-15 gün tez yetişməsinə səbəb olur. Bir sözlə, biohumusdan əldə olunan məhsul daha ekoloji, təmiz hesab olunur. Bu arada soxulcanlara torpağın kotanı deyilir ki, bu da torpağın yumşaldılmasında, münbitləşməsində də rol oynaması ilə bağlıdır.