Torpağa kimyəvi gübrələr verərək, mikroorqanizmləri öldürürük. Əkin sahələrini yararsız hala salan şoranlaşma da ekoloji problem yaradan amillərdəndir. Çünki şoranlaşmış ərazi gələcəyin potensial səhrasıdır. Müasir suvarma üsulu olan damcı suvarma və ya çiləmə üsulu ilə suvarmaq lazımdır.
Torpaq üzərində olan hər bir mikroorqanizmin öz funksiyası var. Biz isdi torpağa kimyəvi gübrələr verərək, bu mikroorqanizmləri öldürür, bunla da torpağı yararsız hala salırıq. Təkcə kimyəvi gübrə yox, təbii gübrələr də həddində verilməlidir. Təbii gübrələr kimi müxtəlif heyvan peyinlərindən və ya bio-humusdan istifadə etmək daha məqsədəuyğundur.
Meqale: Heyvan peyini ilə soxulcan peyini müqayisə
Bio-humus Kaliforniya soxulcanlarının məhsuludur. Bu məhsul artıq ölkəmizdə də emal edilir. Bundan başqa ölkədə olan quşçuluq broylerindən, iri buynuzlu mal-qara fermalarından çıxan peyinlərdən sənaye üsulu yüksək keyfiyyətli gübrələr əldə etmək mümükündür. Bu isə öz növbəsində əhali üçün yeni iş yeri, həm də gəlir deməkdir.
Biohumus dünya bazarında özünə ən keyfiyyətli ekoloji təmiz gübrə növü adını qazanmışdır.
Meqale: Biohumusdan Istifadə
Təmiz torpaq, sağlam həyat...
Показаны сообщения с ярлыком kaliforniya soxulcani. Показать все сообщения
Показаны сообщения с ярлыком kaliforniya soxulcani. Показать все сообщения
Soxulcan Gübrəsi Istehsalı
Soxulcan gübrəsinin dəyərini digər məhsullardan üstün tutan xüsuslara diqqətinizi çəkmək istərdik:
Təbii balın saxta ballardan üstünlüyü, kənd yumurtasının broyler yumurtasından üstünlüyü, kənd inəyinin əti və südünün ləzzətinin fermada yetişdirilən inəklərdən üstünlüyü tamamilə yediyi qidalarla əlaqədar olduğu kimi, Soxulcan gübrəsinin də digər biohumuslardan üstünlüyü soxulcanların yediyi qidalardadır.
Sağlamlığa Ziyan Vuran Meyvələr!
Belə məhsulları alarkən diqqətli olun. Aldığınız meyvə- tərəvəz geni dəyişdirilmiş də ola bilər.
Xaricdən gətirilmiş meyvələrin üzərində etiketlərə rast gəlmək mümkündür.
Təbii ki, bir çoxlarımız buna diqqət yetirmirik.
Maraqlısı burasındadır ki, bazarda nəinki alıcılar, heç satıcılar da bu kodların mənasını bilmir.
Əgər etiket üzərində 4 şifr yer alırsa, demək meyvəni maksimum aqrotexnologiyalardan istifadə ilə yetişdiriblər. Yəni tez yetişməsi üçün normadan artıq gübrə verilib.
Bu kodlar istehsalçılar tərəfindən vurulur. Qablaşdırılan məhsullardan fərqli olaraq açıq məhsullarda bu kodlar alıcını məlumatlandırmaq məqsədi daşıyır.
Aldığınız meyvənin üzərindəki kod 5 rəqəmlidirsə və 8-lə başlayırsa çalışın belə məhsullardan uzaq olun. Çünki bu meyvələr geni dəyişdirilərək yetişdirilib və tərkibində zərərli gübrələr çoxdur.
Bir çox ölkələrdə bu cür məhsulların satışı qadağandır. Xaricdən idxal olunan meyvə və tərəvəzlərin üzərində etiket yer almalıdır. Əgər yoxdursa, çox güman ki, onları çıxarıblar, ya da daha aşağı keyfiyyətli üsullarla yetişdirilib. Məhsulun sizə faydalı olmasını istəyirsinizsə, yerli meyvələrə üstünlük verin və unutmayın ki, bütün meyvələr mövsümündə yeyilsə yaxşıdır.
Əgər etiket üzərində 4 şifr yer alırsa, demək meyvəni maksimum aqrotexnologiyalardan istifadə ilə yetişdiriblər. Yəni tez yetişməsi üçün normadan artıq gübrə verilib.
Bu kodlar istehsalçılar tərəfindən vurulur. Qablaşdırılan məhsullardan fərqli olaraq açıq məhsullarda bu kodlar alıcını məlumatlandırmaq məqsədi daşıyır.
Aldığınız meyvənin üzərindəki kod 5 rəqəmlidirsə və 8-lə başlayırsa çalışın belə məhsullardan uzaq olun. Çünki bu meyvələr geni dəyişdirilərək yetişdirilib və tərkibində zərərli gübrələr çoxdur.
Bir çox ölkələrdə bu cür məhsulların satışı qadağandır. Xaricdən idxal olunan meyvə və tərəvəzlərin üzərində etiket yer almalıdır. Əgər yoxdursa, çox güman ki, onları çıxarıblar, ya da daha aşağı keyfiyyətli üsullarla yetişdirilib. Məhsulun sizə faydalı olmasını istəyirsinizsə, yerli meyvələrə üstünlük verin və unutmayın ki, bütün meyvələr mövsümündə yeyilsə yaxşıdır.
Təbii Gübrə
Soxulcan gübrəsi dünyada bitkilər üçün ən güclü və faydalı təbii gübrə hesab edilir. Hər növ tarla, parnik və dekorativ bitkilərin məhsuldarlığını artırmaq üçün istifadə olunur. Bu gübrə soxulcanların orqanik (üzvi) qidaları yedikdən sonra ifraz etdikləri nəcisdir. Soxulcan gübrəsinin digər gübrələrdən üstünlüyü ondadır ki, bitki üçün lazım olan bütün maddələrə sahib olmasıyla bərabər, bu maddələrin bitkilər tərəfindən dərhal yararlanıla biləcək formada olmasidir. Görünüş olaraq qara torpağa bənzəyir. Soxulcan gübrəsinin tərkibində bitkinin inkişafı üçün lazım olan bütün enzimlər (fermentlər), mikro və makro elementlər, torpaq antibiotikləri, vitaminlər, böyümə hormonları, üzvi maddələr və çürüntülər mövcuddur. Soxulcanlar həzm sistemlərindəki xüsusi qoruyucu mayeni proses zamanı gübrəyə buraxırlar. Bu maye bir çox bitki xəstəliyinə qarşı effektli mübarizə aparır. Buna görə də soxulcan gübrəsiylə qidalanan bitkilər xəstəliklərə qarşı daha dözümlü olurlar. Soxulcan gübrəsinin tərkibində bol miqdarda humus mövcutdur. Unutmayinki humus torpagdaki qidalari bitkiler tərəfindən daha hasand alinmasini saglayir.
İnsan sağlamlığına ən faydali, 100 % təbii və orqanik məhsul əldə etmək üçün ən etibarlı gübrə soxulcan gübrəsidir.
TƏRKİBİ: Organik maddələr, Humik maddə, Fulvik turşusu, Enzimlər, Vitaminlər, Amin turşusu, Faydalı mikroorganizmlər, Torpaq antibiotikləri, Böyümə hormonu Azot (N), Fosfor( P) ve Kalium ( K).
MİKRO ELEMENTLƏR: Kadmium (Cd), Mis (Cu), Nikel (Ni), Qurğuşun (Pb), Zink (Zn), Xrom (Cr), kalsium(Ca), maqnezium (Mg), Bor (B), Manqan (Mn), Dəmir (Fe), Kükürd (S) Molibden (Mo)
Soxulcan Gübrəsi
DÜNYADA ƏN KEYFİYYƏTLİ EKOLOJİ TƏMİZ TƏBİİ GÜBRƏ
• Torpağı qida maddələri ilə zənginləşdirir.
• Bitgilərdə məhsuldarlığı 50%-80% artırır.
• Məhsulun yetişmə müddətini 10-15 gün tezləşdirir.
• Ekoloji təmiz məhsulun yetişdirilməsinə imkan verir.
• Torpağa verilən biohumusun effektivliyi 4-7 il ərzində saxlanılır.
• Torpağın tərkibində çətin həll olan qida maddələrini asan həll olan formaya çevirir.
• Bitkilərin qida maddələrinə olan təlabatını maksimum təmin edir.
• Bitkilərdə xəstəlik və ziyanvericilərə qarşı davamlılığı artırır.
• Torpağa daxil olan biohumus ona daha dənəvər quruluş verir.
• Məhsulda nitratın, ağır metalların və radiaktiv maddələrin miqdarını azaldır.
Soxulcanlar
Əlverişli şəraitdə yarım hektar torpaq ərazisində milyondan çox soxulcan yaşaya bilir. Torpağın məhsuldar olmasında soxulcanların önəmli rolu vardır. Adətən onların uzunluğu 5―31 sm olur. Yer soxulcanları 70―82% zülaldan ibarətdi.
Kaliforniya Soxulcanı
Onların yemlənməsi də maraqlıdır. Belə ki, soxulcanların qidalanması üçün heyvan peyinindən, tərəvəz qalıqlarından və çürümüş alaq otlarından istifadə olunur. İsladılmış peyin özü özülüyündən istilik yaradır ki, bu da istiliyin dərəcəsinin artması ilə xəstəlikləri və mikrobları öldürür. Daha sonra isə, yanmış peyin ələnib təmizləndikdən sonra soxulcanlara verilir. Yağış soxulcanları ekolji təmiz qida məhsullarının istehsalı üçün əvəzolunmaz üzvi gübrə sayılan biohumus istehsal edir. Biohumusun tərkibində çoxlu miqdarda faydalı mikroblara, müxtəlif fermentlər, torpaq antibiotikləri, vitaminlər və boy hormonları var. Əsasən kənd təsərrüfatı bitkilərinin becərilməsində istifadə olunur ki, bu da məhsuldarlığın artmasında 50-80 faiz yaxın fərq edir. Məhsulun isə vaxtından 10-15 gün tez yetişməsinə səbəb olur. Bir sözlə, biohumusdan əldə olunan məhsul daha ekoloji, təmiz hesab olunur. Bu arada soxulcanlara torpağın kotanı deyilir ki, bu da torpağın yumşaldılmasında, münbitləşməsində də rol oynaması ilə bağlıdır.
Подписаться на:
Сообщения (Atom)



