- Hollandiya ABŞ dan sonra dünyanın ikinci ən böyük kənd təsərrüfat məhsulları ixracatçısıdır.
- Avropadan ixrac edilən tərəvəzin 1/4 Hollandiyanın payına düşür.
- Peşəkarlıq, infrastruktur, qida emalı sənayesi və logistika Niderlandda olduqca yüksək səviyyədədir.
- Dünyanın ən böyük qida və içki şirkətlərinin dördü Hollandiyada yerləşir.
- İki holland universiteti aqro-qida mövzuları üzrə nəşrlərin sayı baxımından Avropanın ən yaxşı onluğundadır.
Показаны сообщения с ярлыком orqanik kənd təsərrüfatı. Показать все сообщения
Показаны сообщения с ярлыком orqanik kənd təsərrüfatı. Показать все сообщения
Hollandiya Kend Teserrufati Sistemi
Hollandiya kənd təsərrüfat sistemi haqqında maraqlı məlumatlar
Ekoloji Təmiz Məhsul
Orqanik və ya "ekoloji təmiz" təmiz məhsul haqqında.
EKOLOJİ TƏMİZ MƏHSUL NƏDİR?
Ekoloji təmiz məhsullar tərkibində zərərli maddələrin miqdarı adi məhsullara nisbətən dəfələrlə az olan, normativlərə uyğun məhsullardır. Ekoloji təmiz məhsullar mineral gübrələr, pestisidlər və digər texnogen təsirlərin olmadığı təmiz sahələrdən alınır. Təbii xammaldan minimal kənar qatqıların təsiri ilə alınan məhsulları da ekoloji təmiz hesab etmək olar.
Eko-, bio-, orqanik terminləri eyni prosesi ifadə edən müxtəlif anlayışlardır: Avropada qəbul edilmiş ekoloji (bioloji və ya üzvi) kənd təsərrüfatı və istehsal standartları əsasında yetişdirilən, yığılan, emal edilən və qablaşdırılan məhsullar nəzərdə tutulur. İngilislər bunu organic, almanlar və fransızlar bio, hollandlar isə eco adlandırır.

![]() |
| Orqanik kənd təsərrüfatı |

Orqanik Kənd Təsərrüfatı
Orqanik məhsullara ehtiyac artır
Dünyada orqanik qida və içkilərin pərakəndə bazar payı 81,6 milyard dollardır. Bu gün dünyada orqanik məhsullar ən məşhur dövrünü yaşayır. Sağlam, etibarlı qida ilə bağlı seçim edərkən istehlakçılar bir çox məhsulda orqanikliyə üstünlük verirlər. İstehsalçı və istehlakçı tələblərinə bağlı olaraq orqanik qida bazarı sürətli bir inkişaf yolundadır.Dünyada orqanik kənd təsərrüfatı məhsullarının mövcud vəziyyəti haqqında son məlumatlar Beynəlxalq Orqanik Kənd Təsərrüfatı Federasiyası (IFOAM) və FIBL Araşdırma İnstitutu tərəfindən yayımlanıb. 2017-ci il fevral ayının hesabatına görə dünyada 2,4 milyon istehsalçı 51 milyon hektar sahədə orqanik məhsullar yetişdirir.
Ən çox orqanik məhsullar ərazisinə sahib ölkələrin başında 22,7 milyon hektar ilə Avstraliya gəlir. Onu 3,1 milyon hektar ilə Argentina və 2 milyon hektar ilə ABŞ izləyir. Ancaq qlobal mənada orqanik məhsul istehsalı ənənəvi kənd təsərrüfatı ilə müqayisədə 1 faizlik paya malikdir.
Bu gün Türkiyədə ümumi əkinçilik sahələri içərisində orqanik məhsul yetişdirilən sahə 1,95 faiz bir paya sahibdir. Türkiyədə orqanik məhsul bazarı 500 milyon dollar səviyyəsindədir. Orqanik qida istehsalının əhəmiyyətli bir qismi ixrac edilir.
Geni dəyişdirilmiş məhsullara hər gün mənfi reaksiyanın artdığı bir mühitdə orqanik məhsul yetişdirilməsində sürətli inkişafa əhəmiyyət verilir.
![]() |
| Orqanik Kənd Təsərrüfatı |
Orqanik kənd təsərrüfatı məhsulları nədir?
Orqanik məhsullar-insan sağlamlığına və ətraf mühitə zərər verməyən və istehsalda heç bir kimyəvi maddə istifadə edilməyən, istehsaldan istehlaka qədər hər mərhələsinə nəzarət və sertifikatlı əkinçilik istehsal formasıdır. Orqanik ərzaq isə geni dəyişdirilməmiş, hormonsuz, kənar gübrə istifadə etmədən, dərmansız və hər şeydən önəmlisi qatqı maddəsiz qida mənasını verir. Beynəlxalq sertifikatlaşdırma təşkilatları tərəfindən sertifikatlandırılan, torpağın və yemin orqanik sertifikatlı olduğu bütün istehsal prosesləri hər cür məhsulda orqanik istehsalı mümkün edir. Qida kimi əhəmiyyətli bir sahədə istehsal zamanı əhəmiyyətli olan insan sağlamlığını ön planda tutmaqdır.Orqanik anlayışı, dünyada təbiət və heyvaların dostu olan istehsal anlayışı hər gün sürətlə yayılmaqdadır və davamlı kənd təsərrüfatı üçün böyük əhəmiyyət kəsb edir. Bu məhsullarda məcburi deyilən və hazır məhsullara qırmızı rəngi verən nitrit və ya fosfat duzları istifadə edilmir.
Подписаться на:
Сообщения (Atom)