Показаны сообщения с ярлыком soxulcan peyini. Показать все сообщения
Показаны сообщения с ярлыком soxulcan peyini. Показать все сообщения

Soxulcan Gubresi Haqqında

Soxulcan gubresi haqqında maraqlı məlumatlar

  1. Soxulcan gubresi deyerken esla ve esla soxulcanin ozunden istifadeden sohbet getmir soxulcanin peyininden sohbet gedir.
  2. Soxulcan gubresi soxulcanlara yedirdilen xususui qidalarla soxulcanin verdiyi peyindir.
  3. Soxulcan gubresi deyilen mehsul ruscada Биогумус Ingiliscede Vermicompost Azerbaycanda ise Soxulcan Gubresi olaraq gedir.
  4. Soxulcan gubresi tebii heserat qovucudur.

Sağlamlığa Ziyan Vuran Meyvələr!

Belə məhsulları alarkən diqqətli olun. Aldığınız meyvə- tərəvəz geni dəyişdirilmiş də ola bilər. Xaricdən gətirilmiş meyvələrin üzərində etiketlərə rast gəlmək mümkündür. Təbii ki, bir çoxlarımız buna diqqət yetirmirik. Maraqlısı burasındadır ki, bazarda nəinki alıcılar, heç satıcılar da bu kodların mənasını bilmir.

Əgər etiket üzərində 4 şifr yer alırsa, demək meyvəni maksimum aqrotexnologiyalardan istifadə ilə yetişdiriblər. Yəni tez yetişməsi üçün normadan artıq gübrə verilib.


Bu kodlar istehsalçılar tərəfindən vurulur. Qablaşdırılan məhsullardan fərqli olaraq açıq məhsullarda bu kodlar alıcını məlumatlandırmaq məqsədi daşıyır.
Aldığınız meyvənin üzərindəki kod 5 rəqəmlidirsə və 8-lə başlayırsa çalışın belə məhsullardan uzaq olun. Çünki bu meyvələr geni dəyişdirilərək yetişdirilib və tərkibində zərərli gübrələr çoxdur. 
Bir çox ölkələrdə bu cür məhsulların satışı qadağandır. Xaricdən idxal olunan meyvə və tərəvəzlərin üzərində etiket yer almalıdır. Əgər yoxdursa, çox güman ki, onları çıxarıblar, ya da daha aşağı keyfiyyətli üsullarla yetişdirilib. Məhsulun sizə faydalı olmasını istəyirsinizsə, yerli meyvələrə üstünlük verin və unutmayın ki, bütün meyvələr mövsümündə yeyilsə yaxşıdır.

Üzvi Gübrə

Dietoloqlar, həkimlər sağlam həyat üçün orqanik qidaları tövsiyə edirlər. Amma orqanik məhsulların alınması üzvi gübrələrdən asılıdır.

Artıq soxulcan peyini çox böyük əhəmiyyət kəsb etməyə başlayıb. “Kimyəvi gübrələr yavaş-yavaş yerini orqanik gübrələrə verir. Üzvi gübrəyə gələcəyin “olmazsa olmazı” da deyə bilərik. Çünki mütəxəssislərin tövsiyə etdiyi orqanik məhsul üçün əvvəl üzvi gübrə lazımdır. Bunun ən yaxşı üsulu soxulcan gübrəsidir.

Önümüzdəki illərdə orqanik sektorun ən vacib elementinin soxulcan peyini olacağı şübhəsizdir. Mütəxəssislər bildirirlər ki, soxulcan peyinindən fındıq istehsalında da çox məhsuldar nəticələr əldə etmək mümkündür. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, soxulcan peyinindən istifadə fındıqda 38 % artımı təmin edir. Bunun üçün fındıq ağacına 3 kiloqram soxulcan peyininin verilməsi kifayətdir. Həm də 4 il ərzində gübrənin təkrar tətbiqinə ehtiyac duyulmur.

Kimyəvi gübrə və peyini daha yaxşı üzvü gübrə ilə əvəz edin! 

Soxulcan Peyinin Effekti

Soxulcan Peyini

soxulcan peyini
Soxulcan Gübrəsi
Soxulcan gübrəsi üzvi tullantılarla qidalandırılan qırmızı Kaliforniya soxulcanlarının ifrazatından əldə olunur. Onu «bioloji-aktiv gübrə» və ya «soxulcan peyini» adlandırırlar. Biohumus dünya bazarında özünə ən keyfiyyətli ekoloji təmiz gübrə növü adını qazanmışdır.