Показаны сообщения с ярлыком qırmızı kaliforniya soxulcanları. Показать все сообщения
Показаны сообщения с ярлыком qırmızı kaliforniya soxulcanları. Показать все сообщения
Ekoloji Təmiz Gübrə
Kaliforniya soxulcanı üzvi tullantılarla - heyvan peyini ilə qidalanır. Adi peyin soxulcanın bağırsağından keçdikdən və ifraz olunduqdan sonra onun üzvi gübrə kimi keyfiyyəti 15 dəfə artır.
Ekoloji təmiz və bol məhsul yetişdirilməsinə imkan yaratdığı üçün inkişaf etmiş ölkələrdə biohumusdan geniş istifadə olunur. Biohumus dünya bazarında ən keyfiyyətli ekoloji təmiz gübrə növüdür. Onun tərkibində çoxlu miqdarda faydalı mikroflora, müxtəlif fermentlər, torpaq antibiotikləri, vitaminlər və boy hormonları vardır.
Biohumus torpağı qida maddələri ilə zənginləşdirir, bitkilərdə məhsuldarlığı 30-45 faiz artırır, məhsulun yetişmə müddətini 10-15 gün tezləşdirir, ekoloji təmiz məhsulun yetişdirilməsinə imkan verir. Biohumus, həmçinin bitkilərin qida maddələrinə olan tələbatını maksimum təmin edir, onların xəstəlik və ziyanvericilərə qarşı davamlılığını artırır.
Orqanik Gübrə
![]() |
| Biohumus |
Biohumusun fəaliyyət mexanizmi bir-birini qarşılıqlı şəkildə tamamlayan iki səmərəli xüsusiyyətə əsaslanır:
- Biohumus makro və mikro elementlərin tarazlaşdırılmış nisbətini təmin edir ki, bu da bitkilərin ilk inkişaf fazasında kök sisteminin sürətlə inkişafına təkan verir.
- Biohumusda olan mikroflora üzvi maddələri parçalayaraq bilavasitə kök sisteminin sorulma zonasında qidanı asanlıqla sorulan maddələr yaradır və bütün veqatasiya boyu gübrənin səmərəli təsirini uzadır.
Biohumusun əsas üstünlüyü ondan ibarətdir ki, onun tərkibində olan humusun miqdarı peyinə və digər kompostdan 10-15 dəfə çoxdur. Biohumus nəinki peyini tam əvəz edir, o həm də peyinlə müqaqyisədə daha çox rütubət toplama, hidrofillik, mexaniki davamlılıq, dənəvərlik kimi əlavə qiymətli xassələrə malikdir. Ekoloji təmiz və bol məhsulun yetişdirilməsinə imkan yaratdığı üçün inkişaf etmiş ölkələrdə bioqumusdan geniş istifadə olunur. Onun tərkibində çoxlu miqdarda faydalı mikroflora, müxtəlif fermentlər, torpaq antibiotikləri, vitaminlər və boy hormunları var. Biohumus nəinki bitkiçilikdə, həm də balıqçılıq və toyuqçuluq təsərrüfatlarında yemə qatılaraq istifadə edilir. Hazırda bu üsuldan Amerika və Avropa ölkələrində geniş istifadə edilir.
Biohumusun Kimyəvi Tərkibi
BIOHUMUSUN KIMYƏVI TƏRKIBI
No
|
Adları
|
Tərkibində miqdarı
|
1
|
Rəngi
|
Tünd qəhvəyi
|
2
|
Qoxusu
|
Yoxdur
|
3
|
Nəmlik
|
57%
|
4
|
Ümumi humus
|
16%
|
5
|
Humusa yaxın tərkibli quru üzvi maddə
|
41%
|
6
|
PH məhlulunda
|
7
|
7
|
Ümumi Azot (N)
|
3,2%
|
8
|
Ümumi fosfor (P)
|
2,6%
|
9
|
Ümumi kalium (K)
|
2%
|
10
|
Kalsium (Ca)
|
4,3%
|
11
|
Maqnizium (Mg)
|
0,6%
|
12
|
Ferrium (Fe)
|
0,45%
|
13
|
Mis (Cu)
|
0,5%
|
14
|
Manqan
|
60 Mq/kq
|
15
|
Sink (Zn)
|
22 Mq/kq
|
16
|
C:N
|
13
|
Qırmızı Kaliforniya Soxulcanları
Biohumus orqanik gübrədir.
Bio vermikompost - 100% qırmızı kaliforniya soxulcanlarının həyat fəaliyyətlərinin məhsuludur. Biohumus tam hazır orqanik gübrə olub kənd təsərrüfatı məhsullarının istehsalında, bağçılıqda, gülçülükdə, meşə təsərrüfatında, çəmənliklərin, qazon örtüyünün salınmasında, dekorativ bitkilərin, meyvə-meyvə tərəvəz əkinlərinin becərilməsində, bağ sahələrində torpağın orqanik vasitələrlə gücləndirilməsində, əsas komponenti kimi torpaq qarışığın hazırlanmasında, həmçinin yararsız torpaqların bərpasında istifadə olunur.
- Bitkilərin qida maddələrinə olan təlabatını maksimum təmin edir.
- Bitkilərdə xəstəlik və ziyanvericilərə qarşı davamlılığı artırır.
- Ətraf ərazini çirkləndirmir.
- İyi yoxdur.
- Torpağa verilən biohumusun effektivliyi 4-7 il ərzində saxlanılır.
Подписаться на:
Сообщения (Atom)



