Показаны сообщения с ярлыком bioqumus. Показать все сообщения
Показаны сообщения с ярлыком bioqumus. Показать все сообщения

Biogumus

Vermikompost (biogumus, koprolit, soxulcan peyini) soxulcanın kənd təsərrüfatı orqanik tullantılarından emal etdiyi məhsuludur. Bu üsulla bitki becərtməyin pioneri Tomas Barret olub. O, keçən əsrin 40-cı illərində öz fermasında yetişdirdiyi tərəvəz nümunələrinin həcm və məhsuldarlığının artımına Eisenia andrei soxulcanının ifraz etdiyi biogumusun müsbət təsir etdiyini sübut edib. Hal hazırda ərəb ölkələrinin əkinçilik üçün yararsız sayılan qumsal sahələrini məhz vermikompost ilə mədəniləşdirirlər. Vermikompostun müsbət cəhətləri:
  1. Soxulcanın orqanizmindən keçdikdə, alaq toxumları cücərmə qabiliyyətini itirirlər, 
  2. Heyvan peyini ilə müqayisədə, vermikompostda bağırsaq çöpünün sayı az olur, 
  3. Ağır metallar bitkilərin qavraya bilmədiyi kimyəvi birləşmələrə çevirildikdən, vermikomposta əkilən bitkinin tərkibindəki toksiklik azalır, 
  4. Torpağın strukturunu daha yüngül və havalı edir, kasıb torpaqları zənginləşdirir. 
  5. Azot, fosfor və kaliumun tez həll olunan formaları, mikroelementlər və soxulcanın ixrac etdiyi fitohormonlar bitkinin artımını sürətləndirir. 

Bir çox hallarda, xüsusiləşdirilmiş dükanlarda vermikompost əvəzinə torf və qum qarışığını parnik torpağı ilə qarışdırıb, satırlar deyə, bəzi məqamlara toxunmaq gərəkdir. 


  1. Biohumusu ağ vərəq üstünə səpin. Görünüşü azca nəm olan qranulalı quru çaya oxşamalıdır. Saxtalar sırf qranulalı olmur və sobada qurudulduğundan, daha quru strukturlu olur. Tərkibində budaq tikələri, qum, torpaq tozu da olur. Sobada qurudulduqda, təbii ki, içindəki bütün faydalı bakteriyalar məhv olur, kimyəvi birləşmələr strukturlarını dəyişirlər. 
  2. əlinizlə onu sıxıb, ovuc içində küftə edin. Həmin küftəni azca sıxdıqda, dağılmalıdır. Saxtalar küftə halına düşmür. 
  3. Qaynadılmış suyu stəkana töküb, içinə 1 çay qaşığı biohumus tökün. Suyu rəngləmədən, tam olaraq, stəkanın dibinə getməlidir. Qarışdırdıqda təkrarən çökməli, suyun rəngini narıncıya əyişməlidir. Saxtalarda stəkanı qarışdırdıqda su bulanır, bəzi hissəciklər suyun üzündə qalır. 
  4. Təqribən, 1 sm ölçüdə küftə edib, kağızın üstündə sıxaraq, yayın. Kağızda yağlı xətt əmələ gəlməlidir. Saxtanı küftə etmək olmur. Alınsa belə, vərəqə yaymaq alınmayacaq.
Soxulcan Gübrəsi Istehsal Prosesi

Soxulcan Gübrəsi

DÜNYADA ƏN KEYFİYYƏTLİ EKOLOJİ TƏMİZ TƏBİİ GÜBRƏ


Biohumus dünya bazarında özünə ən keyfiyyətli ekoloji təmiz gübrə növü adını qazanmışdır. Keyfiyyət göstəriciləri:

• Torpağı qida maddələri ilə zənginləşdirir.
• Bitgilərdə məhsuldarlığı 50%-80% artırır.
• Məhsulun yetişmə müddətini 10-15 gün tezləşdirir.
Ekoloji təmiz məhsulun yetişdirilməsinə imkan verir.
• Torpağa verilən biohumusun effektivliyi 4-7 il ərzində saxlanılır.
• Torpağın tərkibində çətin həll olan qida maddələrini asan həll olan formaya çevirir.
• Bitkilərin qida maddələrinə olan təlabatını maksimum təmin edir.
• Bitkilərdə xəstəlik və ziyanvericilərə qarşı davamlılığı artırır.
• Torpağa daxil olan biohumus ona daha dənəvər quruluş verir.
• Məhsulda nitratın, ağır metalların və radiaktiv maddələrin miqdarını azaldır.

Soxulcanlar


Əlverişli şəraitdə yarım hektar torpaq ərazisində milyondan çox soxulcan yaşaya bilir. Torpağın məhsuldar olmasında soxulcanların önəmli rolu vardır. Adətən onların uzunluğu 5―31 sm olur. Yer soxulcanları 70―82% zülaldan ibarətdi.

Kaliforniya Soxulcanı

Onların yemlənməsi də maraqlıdır. Belə ki, soxulcanların qidalanması üçün heyvan peyinindən, tərəvəz qalıqlarından və çürümüş alaq otlarından istifadə olunur. İsladılmış peyin özü özülüyündən istilik yaradır ki, bu da istiliyin dərəcəsinin artması ilə xəstəlikləri və mikrobları öldürür. Daha sonra isə, yanmış peyin ələnib təmizləndikdən sonra soxulcanlara verilir. Yağış soxulcanları ekolji təmiz qida məhsullarının istehsalı üçün əvəzolunmaz üzvi gübrə sayılan biohumus istehsal edir. Biohumusun tərkibində çoxlu miqdarda faydalı mikroblara, müxtəlif fermentlər, torpaq antibiotikləri, vitaminlər və boy hormonları var. Əsasən kənd təsərrüfatı bitkilərinin becərilməsində istifadə olunur ki, bu da məhsuldarlığın artmasında 50-80 faiz yaxın fərq edir. Məhsulun isə vaxtından 10-15 gün tez yetişməsinə səbəb olur. Bir sözlə, biohumusdan əldə olunan məhsul daha ekoloji, təmiz hesab olunur. Bu arada soxulcanlara torpağın kotanı deyilir ki, bu da torpağın yumşaldılmasında, münbitləşməsində də rol oynaması ilə bağlıdır.