Vermikompost

Vermikompost

Vermikompost orqanik gübrədir. Bio vermikompost - 100% qırmızı kaliforniya soxulcanlarının həyat fəaliyyətlərinin məhsuludur. 

Biohumus tam hazır orqanik gübrə olub kənd təsərrüfatı məhsullarının istehsalında, bağçılıqda, gülçülükdə, meşə təsərrüfatında, çəmənliklərin, qazon örtüyünün salınmasında, dekorativ bitkilərin, meyvə-meyvə tərəvəz əkinlərinin becərilməsində, bağ sahələrində torpağın orqanik vasitələrlə gücləndirilməsində, əsas komponenti kimi torpaq qarışığın hazırlanmasında, həmçinin yararsız torpaqların bərpasında istifadə olunur. Bitkilərin qida maddələrinə olan təlabatını maksimum təmin edir. Bitkilərdə xəstəlik və ziyanvericilərə qarşı davamlılığı artırır. Torpağa verilən biohumusun effektivliyi 4-7 il ərzində saxlanılır.

Комментариев нет:

Отправить комментарий