Dietoloqlar, həkimlər sağlam həyat üçün orqanik qidaları tövsiyə edirlər. Amma orqanik məhsulların alınması üzvi gübrələrdən asılıdır.
Artıq soxulcan peyini çox böyük əhəmiyyət kəsb etməyə başlayıb. “Kimyəvi gübrələr yavaş-yavaş yerini orqanik gübrələrə verir. Üzvi gübrəyə gələcəyin “olmazsa olmazı” da deyə bilərik. Çünki mütəxəssislərin tövsiyə etdiyi orqanik məhsul üçün əvvəl üzvi gübrə lazımdır. Bunun ən yaxşı üsulu soxulcan gübrəsidir.Önümüzdəki illərdə orqanik sektorun ən vacib elementinin soxulcan peyini olacağı şübhəsizdir. Mütəxəssislər bildirirlər ki, soxulcan peyinindən fındıq istehsalında da çox məhsuldar nəticələr əldə etmək mümkündür. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, soxulcan peyinindən istifadə fındıqda 38 % artımı təmin edir. Bunun üçün fındıq ağacına 3 kiloqram soxulcan peyininin verilməsi kifayətdir. Həm də 4 il ərzində gübrənin təkrar tətbiqinə ehtiyac duyulmur.
Kimyəvi gübrə və peyini daha yaxşı üzvü gübrə ilə əvəz edin!
Soxulcan Peyinin Effekti |
Комментариев нет:
Отправить комментарий