Soxulcan Gübrəsi Istehsalı


Soxulcan gübrəsinin dəyərini digər məhsullardan üstün tutan xüsuslara diqqətinizi çəkmək istərdik:

Təbii balın saxta ballardan üstünlüyü, kənd yumurtasının broyler yumurtasından üstünlüyü, kənd inəyinin əti və südünün ləzzətinin fermada yetişdirilən inəklərdən üstünlüyü tamamilə yediyi qidalarla əlaqədar olduğu kimi, Soxulcan gübrəsinin də digər biohumuslardan üstünlüyü  soxulcanların yediyi qidalardadır.
Günümüzdə ticari məqsədli soxulcan təsərüfatında soxulcanlara adətən inək peyni və ot çürüntüsü verilir (hətta bu peyinlər də fermalardan alınır və təbii ki, ferma inəklərinin peyin keyfiyyəti kənd inəkləriylə müqayisədə 4-5 dəfə daha aşağıdır.) Əslində, bütün ticari fəaliyyətlərdə olduğu kimi gübrə istehsalında da işin içinə ticarət girdiyi zaman istehsalçı bəzi keyfiyyətlərdən imtina etmək məcburiyyətində qalır. Məqsəd isə ən yüksək keyfiyyətli gübrə əldə etmək üçün daha az istehsal edib, həcmə deyil keyfiyyətə önəm vermək olmalıdır. Soxulcan gübrələrindən fərqi görmək üçün soxulcanları bəsləndiyi qidalara diqqət yetirin:

  1. Payızda meşə örtüyündən ağac yarpaqları (Gübrənin zənginliyi üçün yarpaqların müxtəlif növ ağaclardan olmasına önəm verilir)
  2. Meyvə ve tərəvəzlər (Gübrənin zənginliyi üçün meyvə ve tərəvəzlərin çesidliliyinə önəm verilir)
  3. Təbiətdən toplanan otlar (otların çesitliliyinə önəm verilir) 
  4. Gübrənin kalsium dəyərini artırmaq üçün yumurta qabığı soxulcanların yuxarıda sadalanan bütün bu orqanik qidalarla bəsləmək keyfiyyətli gübrə istehsal olunur.

Комментариев нет:

Отправить комментарий