Biohumus |
Biohumusun fəaliyyət mexanizmi bir-birini qarşılıqlı şəkildə tamamlayan iki səmərəli xüsusiyyətə əsaslanır:
- Biohumus makro və mikro elementlərin tarazlaşdırılmış nisbətini təmin edir ki, bu da bitkilərin ilk inkişaf fazasında kök sisteminin sürətlə inkişafına təkan verir.
- Biohumusda olan mikroflora üzvi maddələri parçalayaraq bilavasitə kök sisteminin sorulma zonasında qidanı asanlıqla sorulan maddələr yaradır və bütün veqatasiya boyu gübrənin səmərəli təsirini uzadır.
Biohumusun əsas üstünlüyü ondan ibarətdir ki, onun tərkibində olan humusun miqdarı peyinə və digər kompostdan 10-15 dəfə çoxdur. Biohumus nəinki peyini tam əvəz edir, o həm də peyinlə müqaqyisədə daha çox rütubət toplama, hidrofillik, mexaniki davamlılıq, dənəvərlik kimi əlavə qiymətli xassələrə malikdir. Ekoloji təmiz və bol məhsulun yetişdirilməsinə imkan yaratdığı üçün inkişaf etmiş ölkələrdə bioqumusdan geniş istifadə olunur. Onun tərkibində çoxlu miqdarda faydalı mikroflora, müxtəlif fermentlər, torpaq antibiotikləri, vitaminlər və boy hormunları var. Biohumus nəinki bitkiçilikdə, həm də balıqçılıq və toyuqçuluq təsərrüfatlarında yemə qatılaraq istifadə edilir. Hazırda bu üsuldan Amerika və Avropa ölkələrində geniş istifadə edilir.
Комментариев нет:
Отправить комментарий