Hollandiya Kend Teserrufati Sistemi

Hollandiya kənd təsərrüfat sistemi haqqında maraqlı məlumatlar



  • Hollandiya ABŞ dan sonra dünyanın ikinci ən böyük kənd təsərrüfat məhsulları ixracatçısıdır.
  • Avropadan ixrac edilən tərəvəzin 1/4 Hollandiyanın payına düşür. 
  • Peşəkarlıq, infrastruktur, qida emalı sənayesi və logistika Niderlandda olduqca yüksək səviyyədədir. 
  • Dünyanın ən böyük qida və içki şirkətlərinin dördü Hollandiyada yerləşir. 
  • İki holland universiteti aqro-qida mövzuları üzrə nəşrlərin sayı baxımından Avropanın ən yaxşı onluğundadır. 
  • Hollandiya quşçuluq və qırmızı ət emalı, çörək və pendir istehsalında qlobal bazar lideridir. 
  • Məhsuldarlıq digər Avropa ölkələrdindən beş dəfə daha yüksəkdir. 
  • Kənd təsərrüfatı sektoru Holland iqtisadiyyatının 10 faizini təşkil edir və 660 000-dən çox insanı iş və gəlirlə təmin edir. 
  • 4.15 milyon hektar cəm torpaq sahəsinin yarısından çoxu kənd təsərrüfatı üçün istifadə edilir. Bu sahənin 56%-i əkin və bəzək bitkiləri , 42%-i daimi istixana, 2%-i isə daimi bitkilər üçün istifadə edilir.

Комментариев нет:

Отправить комментарий