Dadlı-tamlı ərzaq bolluğu ilə yaşayışımız daha da yaxşılaşar.
"Orqanik" termini ümumi mənada işlədilən bir termindir. Avropa ölkələrində bu termin müxtəlif sözlərlə ifadə oluna bilər. Misal üçün: İngiltərədə bu "Organic", Almaniyada - "Eco", Fransada - "Bio" adlanır. Lakin məhsulun necə adlandırılması əsas şərt deyil, əsas şərt onun orqanik məhsullara şamil olunan müvafiq standartlara cavab verməsidir.Son zamanlar bir sıra qida məhsullarının keyfiyyətinin pisləşməsi, dadının-tamının itməsi, hətta bəzən zəhərlənmə hallarına səbəb olması hamını narahat edir. Ümumiyyətlə, qida məhsullarının ətri, dadı-tamı keçmişdəki kimi deyil. Məqsəd torpaqlarımızı zəngin strukturlu torpaq şəklinə salmaq, orada əkdiyimiz bostan, kartof, tərəvəz və meyvə məhsullarını tamlı etməkdir. Yaxşı olardı ki, fermerlər, eləcə də fərdi təsərrüfat sahibləri biohumus (soxulcan peyini) istifadə etsinlər.
Комментариев нет:
Отправить комментарий