Biogumus

Vermikompost (biogumus, koprolit, soxulcan peyini) soxulcanın kənd təsərrüfatı orqanik tullantılarından emal etdiyi məhsuludur. Bu üsulla bitki becərtməyin pioneri Tomas Barret olub. O, keçən əsrin 40-cı illərində öz fermasında yetişdirdiyi tərəvəz nümunələrinin həcm və məhsuldarlığının artımına Eisenia andrei soxulcanının ifraz etdiyi biogumusun müsbət təsir etdiyini sübut edib. Hal hazırda ərəb ölkələrinin əkinçilik üçün yararsız sayılan qumsal sahələrini məhz vermikompost ilə mədəniləşdirirlər. Vermikompostun müsbət cəhətləri:
  1. Soxulcanın orqanizmindən keçdikdə, alaq toxumları cücərmə qabiliyyətini itirirlər, 
  2. Heyvan peyini ilə müqayisədə, vermikompostda bağırsaq çöpünün sayı az olur, 
  3. Ağır metallar bitkilərin qavraya bilmədiyi kimyəvi birləşmələrə çevirildikdən, vermikomposta əkilən bitkinin tərkibindəki toksiklik azalır, 
  4. Torpağın strukturunu daha yüngül və havalı edir, kasıb torpaqları zənginləşdirir. 
  5. Azot, fosfor və kaliumun tez həll olunan formaları, mikroelementlər və soxulcanın ixrac etdiyi fitohormonlar bitkinin artımını sürətləndirir. 

Bir çox hallarda, xüsusiləşdirilmiş dükanlarda vermikompost əvəzinə torf və qum qarışığını parnik torpağı ilə qarışdırıb, satırlar deyə, bəzi məqamlara toxunmaq gərəkdir. 


  1. Biohumusu ağ vərəq üstünə səpin. Görünüşü azca nəm olan qranulalı quru çaya oxşamalıdır. Saxtalar sırf qranulalı olmur və sobada qurudulduğundan, daha quru strukturlu olur. Tərkibində budaq tikələri, qum, torpaq tozu da olur. Sobada qurudulduqda, təbii ki, içindəki bütün faydalı bakteriyalar məhv olur, kimyəvi birləşmələr strukturlarını dəyişirlər. 
  2. əlinizlə onu sıxıb, ovuc içində küftə edin. Həmin küftəni azca sıxdıqda, dağılmalıdır. Saxtalar küftə halına düşmür. 
  3. Qaynadılmış suyu stəkana töküb, içinə 1 çay qaşığı biohumus tökün. Suyu rəngləmədən, tam olaraq, stəkanın dibinə getməlidir. Qarışdırdıqda təkrarən çökməli, suyun rəngini narıncıya əyişməlidir. Saxtalarda stəkanı qarışdırdıqda su bulanır, bəzi hissəciklər suyun üzündə qalır. 
  4. Təqribən, 1 sm ölçüdə küftə edib, kağızın üstündə sıxaraq, yayın. Kağızda yağlı xətt əmələ gəlməlidir. Saxtanı küftə etmək olmur. Alınsa belə, vərəqə yaymaq alınmayacaq.
Soxulcan Gübrəsi Istehsal Prosesi

Комментариев нет:

Отправить комментарий