Vermikompost - Biohumus |
Biohumus təbii üzvi gübrədir. Əsasən taxılçılıqda, tərəvəzçilikdə və meyvəçilikdə istifadə olunur. Gübrənin əsas “istehsalçısı” Kaliforniya torpaq soxulcanlarıdır. Məsələ burasındadır ki, bu soxulcanlar hər cür tullantı ilə qidalanır, sutka ərzində öz çəkisi qədər çürüntü yeyir. Mütəxəssislərin araşdırmalarına görə, bir qram humusda on milyonlarla bakteriya mövcuddur. Onlar bitkinin təsəvvüredilməz dərəcədə tez böyüməsinə və məhsuldarlığın yuxarı olmasına təsir edir. Biohumus antropogen və insan fəaliyyəti nəticəsində torpağın şoranlaşması, məhv olması və eroziyaya uğramasının qarşısını alır.
Комментариев нет:
Отправить комментарий