Təbii Gübrə




Soxulcan gübrəsi dünyada bitkilər üçün ən güclü və faydalı təbii gübrə hesab edilir. Hər növ tarla, parnik və dekorativ bitkilərin məhsuldarlığını artırmaq üçün istifadə olunur. Bu gübrə soxulcanların orqanik (üzvi) qidaları yedikdən sonra ifraz etdikləri nəcisdir. Soxulcan gübrəsinin digər gübrələrdən üstünlüyü ondadır ki, bitki üçün lazım olan bütün maddələrə sahib olmasıyla bərabər, bu maddələrin bitkilər tərəfindən dərhal yararlanıla biləcək formada olmasidir. Görünüş olaraq qara torpağa bənzəyir. Soxulcan gübrəsinin tərkibində bitkinin inkişafı üçün lazım olan bütün enzimlər (fermentlər), mikro və makro elementlər, torpaq antibiotikləri, vitaminlər, böyümə hormonları, üzvi maddələr və çürüntülər mövcuddur. Soxulcanlar həzm sistemlərindəki xüsusi qoruyucu mayeni proses zamanı gübrəyə buraxırlar. Bu maye bir çox bitki xəstəliyinə qarşı effektli mübarizə aparır. Buna görə də soxulcan gübrəsiylə qidalanan bitkilər xəstəliklərə qarşı daha dözümlü olurlar. Soxulcan gübrəsinin tərkibində bol miqdarda humus mövcutdur. Unutmayinki humus torpagdaki qidalari bitkiler tərəfindən daha hasand alinmasini saglayir.
İnsan sağlamlığına ən faydali, 100 % təbii və orqanik məhsul əldə etmək üçün ən etibarlı gübrə soxulcan gübrəsidir.

 TƏRKİBİ: Organik maddələr, Humik maddə, Fulvik turşusu, Enzimlər, Vitaminlər, Amin turşusu, Faydalı mikroorganizmlər, Torpaq antibiotikləri, Böyümə hormonu Azot (N), Fosfor( P) ve Kalium ( K).

 MİKRO ELEMENTLƏR: Kadmium (Cd), Mis (Cu), Nikel (Ni), Qurğuşun (Pb), Zink (Zn), Xrom (Cr), kalsium(Ca), maqnezium (Mg), Bor (B), Manqan (Mn), Dəmir (Fe), Kükürd (S) Molibden (Mo)

Комментариев нет:

Отправить комментарий