Biohumusdan Istifadə


Biohumusdan Istifadə Dozası

Şitillərin yetişdirilməsi üçün torpaq qarışığının hazırlanmasında:
  • tərəvəz və güllər üçün - biohumusun bir hissəsi torpağın 4 hissəsi ilə qarışdırılır (misal üçün 4 kq torpağa 1 kq biohumus qarışdırılır);
  • gül dibçəkləri üçün - biohumusun bir hissəsi torpağın 3-5 hissəsi ilə qarışdırılır. 
Göyərtilərin ləklərə əkilməsində:  
  • hər 1m2 sahəyə 1,5-2 kq biohumus səpilir, torpaqla qarışdırılır, toxum səpilir, malalanır və sulanır.
Pomidor, xiyar, bibər, kələm şitillərinin və kartofun əkilməsində:
  • Şitillərin yuvaya əkilməsindən əvvəl hər yuvaya 150-200 qr biohumus tökülüb torpaqla qarışdırılır, sulanır və əkilir. 
Meyvə ağaclarının, kolların və üzüm tinklərinin əkilməsində
  • Hər əkin çalasına 2-3 kq biohumus tökülür və torpaqla qarışdırılır. Çox illik meyvə ağaclarının qidalandırılması üçün gövdə ətrafına 3-4 kq biohumus səpilir, bellənilir və sulanır. 
Dənli bitkilərin (buğda, arpa və s.) əkilməsində
  • 1 hektar sahəyə 3-4 ton biohumus səpilir və şumlanılır (şumlanmadan sonra toxumu biohumusla qarışdırıb toxum səpən oqriqatla əkilməsi – 1 hektara 300 kq - daha effektiv nəticə verir). Məhsuldarlıq 40-70% artır, effektivlik isə 4-7 il müddətində saxlanılır. 
Vegetasiya dövründə bitkilərin yemləndirilməsi

Biohumusdan bütün vegetasiya müddətində kökdən və yarpaqdan yemləmədə istifadə etmək olar. Veqetasiya dövründə bitkilərin yemlənməsi üçün bitki ətrafına və ya cərgələr arasına hər 1 kv. m. sahəyə 1 litr biohumus səpilir, torpaqla qarışdırılır və sulanır. Güll və dekorativ bitkilər üçün hər ay bitkinin dibinə 300 ml və ya hər kv.m. 1 litr biohumus tökülür. Otaq güllərinin dibinə hər ay 1-2 xorək qaşığı biohumus verilir. 

Biohumusun sulu məhlulu (Biohumus çayı)

10 litr otaq temperatorlu suya 250 qr (1 vedrə suya 1 stəkan) biohumus qarışdırılır, bir sutka otaq temperaturunda saxlanılır və yaxşıca qarışdırılır. Vitaminlərlə zəngin olan “çay” bitkilərin kökdən və yarpaqlarına çilənilməsi ilə qidalanmasında istifadə olunur. Meyvə ağaclarının çiçəklənmə dövründən sonra “çayla” çilənməsi məhsuldarlığı və meyvələrin dadını artırır. Yarpaqların “çayla” çilənməsi bir çox xəstəliklərin qarşısını alır və həşəratları qovur. Tumurcuqların özül qoyma fazasında “çayla” çilənməsi növbəti məhsul ilində məhsuldarlığın yüksək olmasını təmin edir. Meyvə ağaclarının həm kökdən biohumusla, həm də yarpaqlardan “çayla” qidalanması hər il yüksək stabil məhsul almağa imkan verir. 
Güllərin 7-8 günlük intervalla üç dəfə bio-çayla çilənməsi inkişafı sürətləndirir və yarpaqların rəngini intensivləşdirir. 

Biohumus insan, heyvan və arılar üçün təhlükəsizdir.

Комментариев нет:

Отправить комментарий