Soxulcan Peyin Istehsali

 Vermikompost (biohumus, koprolit, soxulcan peyini) soxulcanın kənd təsərrüfatı orqanik tullantılarından istehsal etdiyi məhsuludur. Bu üsulla bitki becərtməyin pioneri Tomas Barret olub. O, keçən əsrin 40-cı illərində öz fermasında yetişdirdiyi tərəvəz nümunələrinin həcm və məhsuldarlığının artımına soxulcanının ifraz etdiyi biohumusun müsbət təsir etdiyini sübut edib. Hal hazırda ərəb ölkələrinin əkinçilik üçün yararsız sayılan qumsal sahələrini məhz vermikompost ilə mədəniləşdirirlər. 

 Vermikompostun müsbət cəhətləri: 
Soxulcan Gübrəsi Istehsalı
1  Soxulcanın orqanizmindən keçdikdə, alaq toxumları cücərmə qabiliyyətini itirirlər, 
2 – Heyvan peyini ilə müqayisədə, vermikompostda bağırsaq çöpünün sayı az olur, 
3 – Ağır metallar bitkilərin qavraya bilmədiyi kimyəvi birləşmələrə çevirildikdən, vermikomposta əkilən bitkinin tərkibindəki toksiklik azalır, 
4 – Torpağın strukturunu daha yüngül və havalı edir, kasıb torpaqları zənginləşdirir. 
5 – Azot, fosfor və kaliumun tez həll olunan formaları, mikroelementlər və soxulcanın ixrac etdiyi fitohormonlar bitkinin artımını sürətləndirir. 

Bir çox hallarda, xüsusiləşdirilmiş dükanlarda vermikompost əvəzinə torf və qum qarışığını parnik torpağı ilə qarışdırıb, satırlar! Bunlar vermikompost deyil, bunlar biohumus da deyil.


Meqale: Heyvan peyini ilə soxulcan peyini müqayisə 



Комментариев нет:

Отправить комментарий