Bitkinin ideal inkişafı istilik, nəm, günəş işığı, torpağın fiziki, bioloji və kimyəvi xüsusiyyətləri ilə bağlıdır. Hava və iqlim kimi ekoloji faktorlarla yanaşı torpak pH-ı, havalanma xüsusiyyətləri, maddələr nisbəti, torpağın bioloji quruluşu, qida elemetlərinin tarazlığı bitkinin torpaqdakı qida elementlərindən faydalanma vəziyyətini təyin edən faktorlardır. Bu faktorlar bitkinin inkişafı baxımından gübrələmə qədər dəyərlidir və öncədən nəzərə alınmaları vacibdir.
Bitkilər karbon, hidrogen və oksigeni hava və sudan, digər bütün qida elementlərini isə torpaqdan təmin edir. Bitkinin ən çox ehtiyacı olan qida maddələri kalsiyum, azot, fosfor, maqneziyum, kalium və kükürtdür. Bu elemetlər hər hektara 11,2 kq-dan 440 kq-dək verilməlidir. Bitkinin ən az ehtiyac duyduğu elemetlər isə bor, xlorid, mis, dəmir, manqan, molibden və sinkdir. Bunlardan molibden hər hektara 15 qr, dəmir və manqan isə 700 qr verilməlidir.
Bitkidə qida çatışmazlığı və əlamətləri
Bitkilər lazımi qidaları kifayət qədər ala bilmədikləri zaman, gözlə görünən çatışmazlıq əlamətləri göstərirlər. Əsas çatışmazlıq əlamətləri bunlardır:
Azot çatışmazlığı: Bitkinin inkişafına mane olur, rəngi saralır. Yarpağ ucları bitkinin altındakı yarpaqlardan başlayaraq qırmızımtıl qəhyəyi rəngdə olur.
Fosfor çatışmazlığı: Kökün inkişafına mane olur, saplar uzanır, bitkinin yetkinləşməsi gecikir. Bitkinin rəngi göyərir.
Kalium çatışmazlığı: Yarpaq ucları qovrulur, saralır, saplar zəifləyir. İçərdəklər quruyub büzülür.
Kalsiyum çatışmazlığı: Yarpaq ucları darax kimi parçalanır. Çiçəklər tam açmamış ləçəklərini tökür.
Maqneziyum çatışmazlığı: Yarpaqlar incə və kövrək olurlar, uclarında və damar aralarındakı bölgədə rənglərini itirir, açıq yaşıl rəng alırlar.
Kükürt çatışmazlığı: Bitkinin alt hissəsindəki yarpaqlar saralır, köklər və saplaqların ölçüləri kiçilir.
Bor çatışmazlığı: Tumurcuqlar açıq yaşıl rəngdə olur. Köklərdə tünd ləkələr əmələ gəlir. Saplaqlar çatlayır.
Mis çatışmazlığı: Bitkinin rəngi ağarır. Sitrus meyvələri qırmızımtıl qəhvə rəngdə olur və anormal şəkildə böyüyür.
Dəmir çatışmazlığı: Yarpaqlar saralır, ancaq damarları yaşıl qalır. Yarpaqlar yuxarı tərəf qıvrılır.
Manqan çatışmazlığı: Yarpaqlarda ölü toxumalar görsənir, yarpağa nahamar bir görünüş verir.
Sink çatışmazlığı: Yarpaqlar kiçilir, Yarpaqlarda xallar əmələ gələ bilir. Tumurcuq inkişafı zəifləyir.
Комментариев нет:
Отправить комментарий