Ekoloji Təmiz Məhsul

Orqanik və ya "ekoloji təmiz" təmiz məhsul haqqında.

 EKOLOJİ TƏMİZ MƏHSUL NƏDİR?

 Ekoloji təmiz məhsullar tərkibində zərərli maddələrin miqdarı adi məhsullara nisbətən dəfələrlə az olan, normativlərə uyğun məhsullardır. Ekoloji təmiz məhsullar mineral gübrələr, pestisidlər və digər texnogen təsirlərin olmadığı təmiz sahələrdən alınır. Təbii xammaldan minimal kənar qatqıların təsiri ilə alınan məhsulları da ekoloji təmiz hesab etmək olar.

Orqanik kənd təsərrüfatı

 Eko-, bio-, orqanik terminləri eyni prosesi ifadə edən müxtəlif anlayışlardır: Avropada qəbul edilmiş ekoloji (bioloji və ya üzvi) kənd təsərrüfatı və istehsal standartları əsasında yetişdirilən, yığılan, emal edilən və qablaşdırılan məhsullar nəzərdə tutulur. İngilislər bunu organic, almanlar və fransızlar bio, hollandlar isə eco adlandırır.


 Organic food və ya ekoloji təmiz ərzaq müəyyən standartlara uyğun istehsal edilən, pestisidlər və mineral gübrələrdən istifadə olunmadan yetişdirilən məhsullardır.

 Aparılan müqayisəli araşdırmalara görə, ekoloji təmiz qida məhsulları istehsalı imkanları baxımından Avstraliya, Argentina kimi ölkələr daha böyük potensiala malikdir. Ekoloji təmiz qida məhsulları istehsal edən təsərrüfatların sayı Asiya, Afrika və Latın Amerikası ölkələrində daha böyük sürətlə artır. Avropa ölkələrində ekoloji təmiz qida məhsullarının istehsalına və istehlakına daha çox fikir verirlər. Bütövlükdə dünya üzrə bu məhsulların istehlakı 2006-cı ildə 30 mlrd. ABŞ dolları təşkil edib. Həmin ildə ekoloji təmiz qida məhsullarının istehlakının 70 faizi Şimali Amerikanın və Avropa ölkələrinin payına düşüb.


Комментариев нет:

Отправить комментарий